Bazar , 19 May 2024

Cəmiyyət

Dəfn mərasimində iştirak edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edərək daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, rayonun Pərvanlı kəndində yaşayan Əli Hüseynovun virusun daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak etdiyi məlum …

Read More »

Bakıda icra başçısının müavini koronavirusdan vəfat etdi

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb. İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.

Read More »

Deputatlar koronavirus testindən keçirilir

Milli Məclisin deputatları növbəti dəfə koronavirus testindən keçirilir. Boyukmillet.com xəbər verir ki, deputatların COVID-19 testinin nəticələri yaxın müddətdə açıqlanacaq. Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 11-də keçiriləcək.

Read More »

Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib. Bu barədə Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir. “Pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik”, – deyə o qeyd edib. “Mikrosoft”un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar “Fintech” festivalından da danışıb. Bill Qeyts 6 …

Read More »

Koronavirusa yoluxma riskini azaltmaq üsulları açıqlandı

Rusiyanın tanınmış həkim-immunoloqu, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, hər hansı virusa, o cümlədən yeni koronavirus infeksiyasına yoluxma riski qapalı yerlərdə olduqca yüksəkdir. Boyukmillet.com  Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bunun havada təhlükəli patogenlərin konsentrasiyasının ən yüksək miqdarda olması ilə əlaqələndirib. O, qeyd edib ki, binaların güclü şəkildə havalandırılması bu riski azaltmaq üçün əla üsuldur. “Qapalı, …

Read More »

Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək

Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə əməkdaşları “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin siyahısını açıqlayıb. Boyukmillet.com  həmin siyahını təqdim edir: 1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial …

Read More »

Sərt karantin rejimində dəfn mərasimində iştirak qaydası açıqlandı

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahınölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir

Read More »

AzTU-nun kafedra müdiri koronavirusdan vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib. Bu barədə AzTU-dan məlumat verilib. Bildirilib ki, H.Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib. 2011-ci …

Read More »

Hikmət Hacıyev: “Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər”

“Azərbaycan mediası koronavirusla mübarizədə və Qarabağ cəbhəsində ön cəbhədə olub. Bunun üçün media mənsublarına öz təşəkkürümü bildirirəm”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, peyvəndləmə yaxın vaxtlarda başlaya bilər: “Biz karantin qaydalarına əməl etməklə və …

Read More »

Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlanıb

Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını açıqlayıb. Boyukmillet.com  həmin siyahını təqdim edir: 1. Səhiyyə və sosial xidmət sahələri üzrə:1.1. elmi-tədqiqat və laborator xidmətləri;1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;1.3. baytarlıq xidmətləri;1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;1.5. sosial xidmətlər;1.6. əqli və hissiyyat pozuntusu olan, habelə …

Read More »