Çərşənbə axşamı , 31 Mart 2026

Cəmiyyət

Bakı Metropoliteni: Sərnişinləri hər an qarşılamağa hazırıq

“Bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”. Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Qeyd olunub ki, metro insanların sağlamlığının qorunması, “COVID-19” bəlasından uzaqlaşdırmaq üçün ötən ildə sərnişinlərə 202 gün qapı aça bilməyib: “Bu ilin ikinci ayı da daşıma fəaliyyəti olmadan başa vurulmaq üzrədir. Pandemiyanın ilk günlərində metropoliten şəraitin tələblərinə uyğun bütün lazımitədbirləri …

Read More »

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. Bu barəd “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. “2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün …

Read More »

Ermənistan dağıdılmış tarixi-dini abidələrə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir

Xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir “30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda …

Read More »

Bəzi məktəblərdə dərslər təxirə SALINDI

Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, bir sıra məktəblərin rəhbərliyi valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib. Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi. Qeyd edək ki, Milli …

Read More »

BNA: Bəzi ərazilərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir

Hazırda Bakıda bəzi ərazilərdə meterioloji amillər səbəbindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var. Boyukmillet.com bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir: – Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri); – Günəşli; – Hövsan; – Şüvəlan; – Binə; – Badamdar; – Xırdalan; – Müşviqabad; …

Read More »

Qarlı Bakıda azı 25 yol-nəqliyyat hadisəsi olub

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri ərazisində indiyədək maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib.

Read More »

Qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq xəsarət alıb

Bu gün saat 10:00-a qədər olan məlumata görə qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib. Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Read More »

Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb: “Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm …

Read More »