“Vətəndaşlara pulsuz verilməli olan müalicə paketləri (hansı ki, indi deyirlər çatışmadığı üçün ancaq imtiyazlı xəstələrə verilir) apteklərdə satışa çıxarılıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə həkim Qalib Əsədov “Facebook” hesabında yazıb. “Bu qədər də yox da. Sizin gözünüz nə vaxt doyacaq?”, – deyə o əlavə edib.
Read More »Elmar Baxşıyev: “Hansısa futbolçunun yoxluğu “Qarabağ”a təsir etməməlidir”
“Hazırda “Qarabağ”la oyunu düşünürük. Həmin qarşılaşmada uğurlu nəticəyə köklənmişik”. Bu fikirləri açıqlamasında “Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XII turunda evdə “Qarabağ”la qarşılaşacaqları matç barədə danışarkən deyib. 40 yaşlı mütəxəssis görüşə tam heyətə hazırlaşdıqlarını və bütün oyunçularının test nəticələrinin neqativ olduğunu bildirib: “Zədə ilə bağlı da problemimiz yoxdur. Tam tərkibdə matça hazırlaşırıq. Rəqibdə koronavirusa görə bəzi futbolçular oynamayacaq. …
Read More »Naxçıvan dəhlizi nə vaxt açılacaq? – Türkiyənin müdafiə naziri elan etdi
“Türkiyə və Azərbaycan arasında Naxçıvan dəhlizi önümüzdəki dövrdə açılacaq”. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. “Naxçıvan və Laçın dəhlizləri üzərində işlər bərabər şəkildə davam edir. Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar davam edir. Önümüzdəki dövrdə həyata keçəcək. İşlər planlaşdırıldığı kimi davam edir”, – nazir qeyd edib.
Read More »25 illik fədakar dövr və Naxçıvanın bu günü
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərliyinin 25 ili tamam oldu. Siyasi iradə, fədakarlıq, xalq sevgisi və böyük əmək sərf edilən ömür yolu ilə bağlı yazı yazmışdım. Onu bir daha oxucularımıza təqdim etmək istəyirəm.Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının …
Read More »Yevlaxda xəstəxananı tərk edən COVID-19 xəstəsi müəyyən edildi
Yevlax rayonunda aktiv karonavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Zeynal Məmmədovun müalicə aldığı rayon Mərkəzi Xəstəxanasını tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib. Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı xəstəxanaya …
Read More »Daşqın Gülməmmədov yenidən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri seçildi
Ukraynada 15 dekabr tarixində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) növbəti VII Qurultayı baş tutub. COVİD19 pandemiyası ilə əlaqədar Qurultay onlayn keçirilib. Qurultayda, seçki ilə müəyyən edimiş 43 nümayəndənin 41 nəfəri iştirak edib. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi Niqara Xamrayevə bildirib. UQTMŞ Kiyev, Odessa, Xarkov, Çernovtsı, Nikolayev. Zaporojye, Zakarpatye, Lvov, Jitomir, Vinnitsa, Çerniqov, Xmelnitski, Doneçk, …
Read More »Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq?
Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev “Real TV”yə müsahibəsində məlumat verib. O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq: “Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya …
Read More »Azərbaycanda koronavirus testləri niyə bahadır? – Ramin Bayramlı CAVAB VERDİ
“Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiymətilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz”. Bunu Modern.az-a özəl açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Azərbaycanda test qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması və bundan doğan narazılıqla bağlı sualı cavablandırarkən bildirib. TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum ancaq xəstələrin müalicəsilə məşğuldur: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi …
Read More »Polis dövrün çəfakeşləridir
Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasındada (covid 19) virusu bir çox insanların həyatına son qoydu. Bununla bağlı ölkəmizdə 2021-ci yanvar ayının 31 -nə qədər sərtləşdirilmiş karantin rejimi tətbiq edilmişdir. Məsələ bundadırkı hər bir vətəndaşımız öz evində bu xəstəliklə qorunmağa calışdığı halda Azərbaycan Polisi şərəfli peşəni öz həyatları bahasına yerinə yetirirlər. Şirvan şəhərində giriş çıxışda postlar qurulub və bu postlarda gecə …
Read More »Bu gündən Bakıya və 16 şəhər-rayona giriş-çıxış dayandırıldı
Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarına giriş-çıxış dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də qərar imzalayıb. Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, …
Read More »