Nazirlər Kabineti Yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır. Boyukmillet.com xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara bununla bağlı müraciət edib. O bildirib ki, hazırda koronavirusa yoluxma faktlarının çoxalması ciddi narahatçılıq doğurur: “Buna görə də yol polisi olaraq …
Read More »Azərbaycanlı gənclər Nyu-Yorkda etiraz aksiyası keçiriblər
ABŞ-ın Nyu-York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər. “Report”un xüsusi müxbiri xəbər verir ki, aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar. Azərbaycan-Nyu York Assosiasiyasının prezidenti Ərcan Yerdələnli “Report”a bildirib ki, …
Read More »Naxçıvan Bölməsində Azərbaycanın dövlət müstəqilliyi günü qeyd olunub
AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi konfrans keçirilib. 18 Oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqil Azərbaycan dövlətinin bərpası, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Akademik bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il oktyabrın …
Read More »MN: Göygöldə mövqelərimiz atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Read More »Suqovuşanla bağlı tender elanı verilib
Suqovuşandan Tərtər çayına buraxılan sudan səmərəli istifadə məqsədilə kanalların yenidən qurulması barədə tender elanı verilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı əks hücumlar nəticəsində bir çox ərazilərimizin, o cümlədən Tərtər rayonu Suqovuşan kəndinin işğaldan …
Read More »Baş Prokurorluq məlumat yayıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir. Bu kimi qanunsuz halların qarşısının alınması …
Read More »Mehriban Əliyeva: “Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə …
Read More »Düşmən taborunun qərargah rəisi, xeyli canlı qüvvəsi məhv edilib
Oktyabrın 18-də gün ərzində və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 …
Read More »Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan Prezidenti: “Cəbrayılın 13 kəndi azad edilib”
“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!” Boyukmillet.com-məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Read More »