“20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub”. Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib. O deyib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: “Hərəkətin məhdudlaşdırılması …
Read More »Bakıda mənzillərin qiyməti bahalaşıb
Dekabr ayı ilə müqaisədə yanvar ayında daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edirik. Bunu “Fins.az”-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib. O bildirib ki, bu artımın əsas səbəbi bütün istiqamətlərdə müşahidə edilən bahalaşmadır. Bu prosesin davamlı olması və qiymətlərdə ciddi bahalaşmanın müşahidə edilməsi gözlənilir. Qiymət artımına səbəb olan amillərdən biri də ötən ilin sonunda enerji daşıyıcılarının o cümlədən …
Read More »5 QHT azyaşlının döyülməsi ilə bağlı MÜRACİƏT YAYDI
5 QHT azyaşlının döyülməsi ilə bağlı müraciət yayıb. Boyukmillet.com verir ki, bu gün sosial mediada yayımlanan məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı müəssisənin əməkdaşı tərəfindən davranış və fiziki zorakılıq ilə bağlı Çevik Ekspertlər Qrupu adından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib. “Son vaxtlar məktəbəqədər təhsil müəssisələrində və orta …
Read More »FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti dəyişərək temperaturun kəskin düşəcəyi, güclü külək əsəcəyi, yağıntılı keçəcəyi, sulu qar və qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı proqnozlaşdırılır. Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar …
Read More »DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda şaxtalı …
Read More »Bakıda “Qərbi Azərbaycan Yaddaşı” layihəsinin təqdimatı keçirilib
Gomap.az milli elektron xəritə üzərindən “Qərbi Azərbaycan Yaddaşı” layihəsi təqdim edilib. Layihə Qərbi Azərbaycan İcması və “Sinam” şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə həyata keçirilib. Layihənin əsas məqsədi hazırda Ermənistanın nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, vətənlərini ötən yüzillikdə 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk …
Read More »Ötən il COVID-19-a yoluxan qadınların dünyaya gətirdiyi 7 körpə ölüb
Son bir ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxan hamilələrin dünyaya gətirdiyi körpələrdən 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib. Bu barədə Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, hazırda hamilələrin digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil: “Hamilə qadınların yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. …
Read More »2021-ci il Azərbaycanın postmüharibə reallıqlarını dünyaya qəbul etdirmək istiqamətində atdığı uğurlu addımlarla yadda qaldı
Azərbaycan dövlətinin 2021-ci ildə apardığı daxili və xarici siyasətin əsas istiqaməti, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin nəticələrinin möhkəmləndirilməsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl və paralel fəaliyyətlər həyata keçirib. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici media orqanlarına müsahibələri vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında …
Read More »Azərbaycanda unun və çörəyin qiymətlərinə nəzarət gücləndirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal edilən ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb: “Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət …
Read More »Azərbaycanda çörək BU QİYMƏTƏ OLACAQ – RƏSMİ
Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb. Müraciətdə deyilir: “Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib. Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun …
Read More »