Bazar ertəsi , 20 May 2024

Cəmiyyət

Vətən qarşısında xidməti olanlara avtomobillər təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun”. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da bu kateqoriyadan olan insanlar diqqət mərkəzində saxlanılır. Müharibə veteranları, şəhid ailələri üçün mənzillər tikilir, sağlamlıq imkanları məhdud şəxslərə minik avtomobilləri verilir. Mayın 7-də …

Read More »

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının işçi qrupları yaradılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib. Qurumdan  bildirilib ki, iclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında …

Read More »

Şimali Kiprli türk iş qadını yüksək beynəlxalq mükafat aldı

İctimai mövzularda önəmli işlər görən “Welcome to Turkish Cyprus Club”un qurucu üzvü, kiprli türk iş insanı Işın Ramadan Cemil, “Örnək insan” ödülünı layiq görülüb. Boyukmillet.com  xəbər verir ki, Beynəlxalq arenada Birləşmiş Millətlər Təşkilatının üzvü və 13 min üzvü olan Welcome CIubs International (WCI) IşIn Ramazan Cemili “Marian Adair” (Örnək İnsan) ödülünə layiq görüb və bunu bütün dünyada yayımlanan onlayn zoom …

Read More »

Rayon qəzetinə yeni təyinat

Göyçay Rayonun ilk qəzeti 1930-cu ildə “Pambıqçı” adı ilə nəşr edilmişdir. Sonralar “Qalibiyyət bayrağı”, “Yeni həyat”, Göyçay” adlı qəzetlər çıxarılmışdır.Qulu Məmmədov, Nəriman Zeynalov, Oqtay Cəfərov, Rafiq İslamov, Aydın Kərimov, Tofiq Həsənov kimi jurnalistlər respublika mətbuatında Göyçayı təmsil etmişlər.Rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin sərəncamı ilə Anar Əlişah oğlu Nağıyev Göyçay qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. A. Nağıyev 23 noyabr …

Read More »

Yaxın günlərdə açılacaq Dost Mərkəzlərinin sayı açıqlanıb

“Ən yaxın zamanda Abşeron rayonu Xırdalan şəhərində yerləşən 6 saylı Dost Mərkəzinin açılışı olacaq. Bu da Bakıdan kənarda olan ilk Dost mərkəzidir”. Boyukmillet.com  xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev “Sosial saat”da deyib. Sədr müavini bildirib ki, Bakıda 5 saylı Dost Mərkəzinin açılması ilə bütün paytaxt sakinləri mərkəzlərin xidmətləri ilə əhatə ediləcək: “Yaxın gələcək üçün Bərdə və …

Read More »

Bakıda cib tipli dayanacaqlar və nizamlanan piyada keçidi təşkil edilib

Bakının Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb, panduslar inşa edilib, piyada keçidlərinin nizamlanması …

Read More »

Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun vətəndaşsızlıq məsələləri ilə əlaqədar “Azərbaycanda Vətəndaşsızlıq: Nailiyyətlər və hədəflər” adlı jurnala müsahibəsi

 Rza müəllim, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri üzrə həyata keçirdiyi fəaliyyət nələrdən ibarətdir? – Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı cənab Prezidentin 6 mart 2008-ci il tarixli Fərmanı ilə müəyyən edilmişdir. Hazırda Xidmət Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə vəsatətlərə, habelə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak edir. Həmçinin, Xidmət Azərbaycan Respublikası …

Read More »

Dövlət Vergi Xidmətinə rəis təyin edilib – SƏRƏNCAM

Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısıbıb digər sərəncamı ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Read More »

Bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq – RƏSMİ

“Ramazan bayramı günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.

Read More »

Mayın 10-da 18 yaşına çatmış bütün vətəndaşların vaksinasiyasına başlanılacaq

“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram”, – bildirib.

Read More »