Bazar ertəsi , 20 May 2024

Cəmiyyət

Teymur Musayev: “Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq”

“Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Read More »

TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb

“Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb”. Bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib: “Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək”.

Read More »

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, təbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib və onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq …

Read More »

Azərbaycanda 4 məktəb direktoru işdən çıxarılıb, daha 3-nə şiddətli töhmət verilib

Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində araşdırma aparılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu işdən azad edilib, Salyan Rayon Təhsil Şöbəsinin müdiri Piriyev Xudaverdi Əliyusif oğluna əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi …

Read More »

Kafe-restoranlarda iftar məclisləri kütləvi yoluxma mənbələrinə çevrilir – qonşu ölkələr sərt iftar məhdudiyyətlərinə başladı…

Samir Adıgözəlli: “…məhdudiyyətlər tətbiq edilməlidir” Bəziləri hesab edirlər ki, respublika üzrə yoluxma səviyyəsi aşağı düşdüyü üçün kütləvi iftar məclisləri keçirmək, ibadət üçün məscidlərə getmək, restoran və kafelərdə yığıncaqlar gerçəkləşdirmək olar. Bu da sirr deyil ki, bəzən gizlin, bəzən aşkar iaşə obyektlərində iftar süfrələri açılır. Şübhəsiz ki, yoluxma dinamikasının enməsi heç də bu cür kütləvi məclislərin keçirilməsinə əsas vermir və yoluxmanın səviyyəsinin düşməsi …

Read More »

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir

Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları ilə sərnişin daşımaları bərpa edilir. Boyukmillet.com  xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb. Məlumatda əsasən, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub: “Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq”.

Read More »

Pensiyaları aşağı məbləğdə hesablanan 12 mindən çox şəxsə əlavə vəsait ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam etdirir. Boyukmillet.com xəbər verir ki, araşdırmalar nəticəsində 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib. Beləliklə, sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb. Artımlar onlara pensiya hüquqlarının yarandığı tarixdən və ya qanunvericiliyin tələbinə uyğun hallarda …

Read More »

Azərbaycanda azad media prinsiplərindən hələ də sui-istifadə edənlər var

Azər Həsrət: “Bir çox ölkədə olduğu kimi, Azərbaycanda da söz azadlığı məsuliyyəti arxa plana keçir” Hər il mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur. Azad sözün şərəfinə elan olunmuş Ümumdünya Mətbuat Azadlığı Günü “soyuq müharibə” dövrünün başa çatması ilə Yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb. 1991-ci il may ayının 3-də Namibiyanın paytaxtı Vindhukda keçirilən …

Read More »

“Bu il qələbə gününü qeyd etmək ayrıca sevinc bəxş edir” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“9 may faşizm üzərində “qələbə bayramı”nın çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspert xüsusilə vurğulayıb ki, bu bayramda Azərbaycan xalqının payı həddindən artıq böyükdür.“Həm 700 mindən artıq azərbaycanlı bu müharibədə iştirak edib və tək sovet vətəndaşı olan Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar yox, eyni zamanda o vaxt Ermənistanda da, Gürcüstanda da, Dağıstanda da, bir …

Read More »

Vətən müharibəsi iştirakçıları ailə qurdu

“ASAN xidmət” mərkəzində daha bir qazimizin nikahı qeydə alınıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) rəsmi feysbuk səhifəsində paylaşım edilib. Bildirilib ki, nikaha daxil olan şəxslər Vətən müharibəsi iştirakçısı, qazimiz Ağa Ağazadə və Badam Ağazadə olublar.

Read More »