Cümə axşamı , 9 May 2024

Cəmiyyət

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə Multikulturalizm və Azərbaycançılıq mövzusunda onlayn konfrans keçirilib

Boyukmillet.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Fəallar Klubunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və Azərbaycançılıq” mövzusunda onlayn konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Fəallar Klubunun sədri Kərim Əsgərov tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim edib. İlk olaraq çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov multikulturalizm siyasətinin Azərbaycançılığın tərkib hissəsi …

Read More »

Bu gün 30-dək azərbaycanlı Almaniyadan deportasiya olunacaq

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir. Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər. Onların bu …

Read More »

“Respublikanski”nin baş həkimi işdən çıxarıldı

Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub. Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.

Read More »

Bu il “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq

“Bu ilin sonuna qədər “Bakıkart”ın balansını onlayn artırmaq mümkün olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib. “Bu işin ötən il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il prosesi yekunlaşdırmağa çalışırıq”, – deyə o, qeyd edib.

Read More »

Milli Məclis prokurorluq işçilərinin maaşlarının iki dəfə artırılması barədə sənədi təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir. Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III …

Read More »

Daha 13 qazi Türkiyəyə göndərilib

Vətən Müharibəsində ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu barədə Fonddan məlumat verilib. Türkiyəyə göndərilən qazilər aşağıdakılardır: 1. Əsgərov Orxan Tofiq oğlu 2. Daşdəmirov Qədir İsmayıl oğlu 3. Cəfərov Namiq Fərhad oğlu 4. İbrahimov Kamran Ceyhun oğlu 5. Əliyev İntiqam Oktay oğlu 6. Əlizadə Şəhriyar Mirağa oğlu 7. Zeynalov Məhiyyəddin Elsevər oğlu 8. Abdurrəşidov Qorxmaz Tələt oğlu …

Read More »

Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirilib

 Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib. Boyukmillet.com-un xəbərinə görə, minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər. Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Read More »

Həkim: “Arif Quliyevin ciyərlərinin 90 faizi zədələnib, vəziyyəti çox ağırdır”

“Xalq artisti Arif Quliyevin vəziyyəti ciddi ağır qiymətləndirilir. Xalq artisti təxminən 10 gündür virusa yoluxub. Xəstəxanada aparılan müalicələrə baxmayaraq vəziyyətində ağırlaşmalar olduğu üçün bu gün reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib”. Bunu “Report”a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdüri Emil Qasımov deyib. Onun sözlərinə görə, xəstənin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni-tənəffüs aparatı dəstəyindədir: “Lazım olunan bütün müayinə və …

Read More »

Ukraynada yaşayan 40-a yaxın azərbaycanlı saxlanıldı

Ukraynanın paytaxtı Kiyev şəhərinin Desnyanskiy rayonunda yerləşən “Troeşina” bazarında 40 nəfərə yaxın azərbaycanlı yerli polis və miqrasiya orqanları tərəfindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Report-un Şərqi Avropa bürosunun Miqrasiya Xidmətindən əldə etdiyi məlumata görə, onların saxlanmasına səbəb ölkədə qanunsuz (sənədsiz) yaşamaları olub.Saxlanılanlar mərhələli şəkildə deportasiya olunmaq üçün Ukrayna Dövlət Miqrasiya Xidmətinin miqrantlar üçün nəzərdə tutulmuş yerlərində saxlanılır.Qeyd edək ki, Ukraynada miqrasiya …

Read More »

“QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır” – Vüsal Quliyev

Aprelin 23-də Azərbaycan Milli QHT Forumunun (MQF) təşəbbüsü, bir sıra QHT-lərin iştirakı ilə qurulmuş MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda ilk onlayn konfransı keçirilib. Azərbaycan Milli QHT Forumunun təşəbbüsü, bir sıra QHT-nin iştirakçılığı ilə yaradılan MQF İctimai Nəzarət Mərkəzinin 23 aprel 2021-ci il tarixində “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda …

Read More »