Bazar , 19 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Paşinyanın yaxın dostu, “Soros keşikçisi” məhv edildi – Foto

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın dostu, həmçinin rəsmi İrəvanın “İnqilab Keşikçiləri” təşkilatının lideri Ayk Stepanyan işğal altında olan Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı zamanı məhv edilib. Stepanyanın adı Ermənistan Müdafiə Nazirliyinin nəşr etdiyi məhv edilmiş erməni hərbçilərinin yeni siyahısında yer alıb. Qeyd edək ki, Ayk Stepanyan Ermənistanın hazırkı baş nazirinin qatı tərəfdarı olub. Onun sayəsində Paşinyan “məxməri inqilab” …

Read More »

Putinin çıxışı – Rusiya yeni reallığı nəzərə alır

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu söyləyib. “Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”, – deyə ifadə edən Rusiya prezidenti münaqişənin alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb. …

Read More »

Ermənistan Azərbaycandakı 84 yaşlı vətəndaşından imtinasını qeyri-adi səbəblə əsaslandırdı

Ermənistan öz vətəndaşı, mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı Azərbaycandan təhvil almaqdan imtina etməsini qeyri-adi bəhanə ilə əsaslandırıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan bildirib ki, o, Azərbaycan tərəfinin açıqlamasından sonra ölkəsinin müvafiq orqanlara sorğu göndərib. A.Tarmonyanın sözlərinə görə, alınan cavablara əsasən guya bu, Mişa Melkumyanın səhhəti ilə əlaqədar olub. Qarşı tərəf M.Melkumyanın xəstə …

Read More »

Cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minalar zərərsizləşdirildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 58 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 61 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Palıdlı, …

Read More »

Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var

Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat …

Read More »

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Boyukmillet.com Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib. Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha …

Read More »

TƏCİLİ – Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Read More »

Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb

Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində dağıdılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. “Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik”, – paylaşımda bildirilib. Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki …

Read More »

MN: Döyüşlər Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin …

Read More »

Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. XİN-dən  verilən məlumata görə, nazir Ceyhun Bayramov ali nümayəndəni Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması, mülki şəxslərin və infrastrukturun hədəf alınması, dinc əhali arasında çoxsaylı tələfata nail olmaq üçün kasetli bombalardan istifadə edilməsi ilə bağlı …

Read More »