Cümə axşamı , 9 May 2024

Dağlıq Qarabağ münaqişəsi

XİN: Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb. Boyukmillet.com xəbər verir ki, açıqlamada deyilir: “26 oktyabr tarxində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb. Növbəti, üçüncü dəfədir ki, Ermənistan …

Read More »

Erməni Ombudsmanı azərbaycanlı hərbi əsirlərin öldürüldüklərini etiraf edir?

Oktyabrın 22-də BBC radiosunun rus xidmətinin saytında Marina Katayevanın Xankəndidən hazırladığı məqalə dərc olunub. Məqalənin əvvəlində deyilir: “BBC-nin rus xidmətinin komandası elan olunmuş atəşkəs şəraitində insanların necə yaşadıqlarını öyrənmək üçün Dağlıq Qarabağın paytaxtına qayıdıb”. Jurnalist Dağlıq Qarabağın erməni əhalisinin ağır müharibə şəraitində çəkdiyi əzabları təsvir edir. Sonra isə yerli Ombudsman Artak Beqləryanın işindən yazır. Məqalədə Beqləryanın azərbaycanlı hərbi əsirlərə göstərdiyi …

Read More »

Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə doğru irəliləyib – RƏSMİ

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. …

Read More »

“Noyabrın 1-nə qədər Azərbaycan işğal altındakı ərazilərin dörddə üçünü qaytara biləcək”

Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Rusiyalı politoloq Aleksandr Karavayevin fikrincə, noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini işğaldan azad edə biləcək.“Hazırda müşahidə olunan gedişata əsaslanaraq, noyabrın 1-nə qədər Azərbaycan bütöv Qarabağı işğaldan azad edə bilməsə də, işğal altındakı ərazilərin dörddə üçünü öz nəzarəti altına qaytara biləcək. Bundan sonra tərəflərin Madrid prinsiplərinə qayıdacaqlarını söyləmək çətin məsələdir, hər şey İrəvanın …

Read More »

Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq – Hikmət Hacıyev

Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olmuşdur: “17 oktyabrda Gəncənin yaşayış …

Read More »

İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. Boyukmillet.com müsahibəni təqdim edir. -Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir? -Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və …

Read More »

Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.

Read More »

Ərdoğan: “Türkiyə də Rusiya ilə birgə sülh danışıqlarında olmalıdır”

“ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Beləliklə, bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır. Əslində, bu məsələdə Rusiyanın mənfi münasibəti yoxdur. Rusiyanın da Türkiyə ilə …

Read More »

Erməni hərbçilər danışır: “Qaçdım, mənə 8 nəfər qoşuldu”

Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə göndərdiklərini etiraf ediblər. Boyukmillet.com  xəbər verir ki, bunu Valera Ayrapetyan və Edik Tonoyan söyləyib. “Mənim adım Valera Ayrapetyan Aşotoviçdir. Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Sentyabrın 27-si evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, məni həbsə …

Read More »