Çərşənbə , 8 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə 6 ballistik raket atıb

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin …

Read More »

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. O qeyd edib …

Read More »

Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli itki olub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 543-cü alayın müdafiə sahəsinə vurulan …

Read More »

Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik …

Read More »

İlham Əliyev: “Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib”

“Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Read More »

Yaponiyada Ermənistanın hərbi təxribatları ilə bağlı brifinq keçirilib

Bu gün Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Türkiyənin Yaponiyadakı səfiri Həsən Murat Mərcan Tokioda yerləşən Yaponiya Xarici Müxbirlər Klubunda (FCCJ) birgə mətbuat konfransı keçiriblər.  Boyukmillet.com xəbər verir ki, mətbuat konfransında Yaponiyanın və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mətbuat konfransı, həmçinin FCCJ-nin yutub və feysbuk internet kanallarında canlı olaraq yayımlanıb. Mətbuat konfransında əsas məruzəçi qismində çıxış edən …

Read More »

Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib. “Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”, – Paşinyan deyib. Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.

Read More »

Erməni generalı Qarabağdan qaçırıb, reanimasiyaya yerləşdirdilər

ocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sədri general Manvel Qriqoryan reanimasiyaya yerləşdirilirb. Boyukmilet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, Manvel Qriqoryan oktyabrın 7-dən işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub. Səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görüblər. Ehtimal edilir ki, Azərbaycan hərbçilərinin əlinə keçməkdən ehtiyatlanaraq, Qriqoryanı Yerevana aprıblar. Onun səhhətinin Ermənistan ordusunun məğlubiyyətindən ağırlaşdığı …

Read More »

Ermənistana məxsus daha 3 PUA məhv edilib

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.

Read More »