Cümə axşamı , 16 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Zəngilana Azərbaycan bayrağı sancıldı

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər. Boyukmillet.com xəbər verir ki,məruzədə deyilib: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Read More »

Prezident: “Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan azad edilib”

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib. Zəngilan rayonu üzrə işğaldan azad edilən ərazilər bunlardır: “Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Read More »

Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb

Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-dən verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini …

Read More »

Sülh razılaşması: Naxçıvana dəhliz açılacaq? – Azərbaycanın siyasi həmləsi…

“Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Amma baza prinsiplərində təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz də nəzərdə tutulur”.Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov işğal altında olan ərazilər azad olunduqdan sonra Ermənistanın istifadəsi üçün Laçın dəhlizinin açıq saxlanılması ilə bağlı danışarkən deyib.“Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bu …

Read More »

Mustafa Şentop: “Minsk qrupunun beyin ölümü gerçəkləşib”

“Azərbaycanın daha 30 il də gözləyəcək vaxtı yoxdur. Beynəxlaq təşkilatlar qəbul etdiyi qərarlarının namusunu qorumalıdırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Minsk qrupu münaqişənin həll olunmasına gerçək iradə göstərməyib: “Minsk qrupunun beyin ölümü gerçəkləşib. İndiyə qədər Qarabağda bir çox yerlər işğaldan azad …

Read More »

Qubadlı-Zəngilan cəbhəsi açılıb: döyüşlər gedir – Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb.Boyukmillet.com xəbər verir ki, rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.Bu isə o deməkdir ki, rəşadətli ordumuz artıq işğaldan azad edilmiş Cəbrayıl rayonunu geridə qoyaraq Qubadlı-Zəngilanın sərhədinə çatıb.Bu istiqamətdə müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları …

Read More »

TBMM Sədri: “Beynəlxaq ictimaiyyətə müraciət edirəm: karsınız, ya korsunuz?”

“Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır. Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib: “Moskvadakı atəşkəsdən sonra da onlar atəşkəsi …

Read More »

Azərbaycanda “Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

“Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb”. Boyukmillet.com-un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib. Onun sözlərinə görə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti …

Read More »

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi …

Read More »

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, …

Read More »