Cümə , 19 Aprel 2024
Drone Cameras

Sülh razılaşması: Naxçıvana dəhliz açılacaq? – Azərbaycanın siyasi həmləsi…

“Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Amma baza prinsiplərində təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz də nəzərdə tutulur”.
Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov işğal altında olan ərazilər azad olunduqdan sonra Ermənistanın istifadəsi üçün Laçın dəhlizinin açıq saxlanılması ilə bağlı danışarkən deyib.
“Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bu məsələ ilə bağlı ətraflı və dəqiq izah verdi. Düşünürəm ki, bu haqda hələ danışmaq, şərh vermək tezdir. Təklif edirəm ki, bu məsələdə bir az gözləyək. Çünki prezidentin də qeyd etdiyi kimi, geniş şəkildə müzakirə üçün əvvəlcə Ermənistanın işğalçı ordusu Dağlıq Qarabağı tərk etsin. Bundan sonra hansısa məsələləri müzakirə etmək olar. Amma ümumilikdə onu qeyd edim ki, hər bir sülh sazişində bölgədə kommunikasiyaların açılması, blokadaların aradan qaldırılması nəzərdə tutulur”, – deyə o bildirib.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …