Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Orxan Vidadi oğlu Balayev dəfn edilib. “Report”un Şimal bürosunun məlumatına görə, o, doğulub boya-başa çatdığı Quba rayonunun Alpan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin tabutuna bükülən üçrəngli bayraq Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaxınlarına təqdim edilib. …
Read More »Zəngəzur məhz buna görə ermənilərə verildi – Tarixçidən ŞOK AÇIQLAMA
Zəngəzur məsələsi Cümhuriyyət dövründə mübahisəli ərazilərimizdən biri idi. Boyukmillet.com xəbər verir ki, bu sözləri açıqlamasında tarixçi Elmar Həsənli Zəngəzurun Ermənistana verilmə tarixçəsindən danışarkən deyib. Tarixçinin sözlərinə görə, bu ərazini daha çox mübahisəli ərazi məsələsinə çevirən Sovet İttifaqı, xüsusilə də Qriqori Orconikidze olub: “Biz türk və müsəlman bir bolşevikin əli ilə tarixi Azərbaycan ərazilərini düşmənə güzəştə getdik. Bizi buna Sovet İttifaqı …
Read More »Suqovuşana çəkiləcək avtomobil yolunda yüzlərlə mina zərərsizləşdirildi
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, 53 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə …
Read More »Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli Bəyanatın imzalanmasından əvvəl rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlarla bağlı bəzi məqamları açıqlayıb. Boyukmillet.com xəbər verir ki, baş nazir bu barədə özünün feysbukdakı hesabında yazıb. “Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Putin dedi ki, onun fikrincə münaqişənin nizamlanması Rusiya təkliflərinin məntiqinə uyğun olmalıdır”, – deyə …
Read More »Kəlbəcər rayonunun kəndlərinin videogörüntüləri
Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntülərini yayıb. Boyukmillet.com həmin görüntüləri təqdim edir.
Read More »Laçın koridoru haqda: Şuşaya giriş niyə qadağandır?
Fövqəladə hadisə baş verməsə, Ermənistan dekabrın 1-də Laçını Azərbaycan Ordusuna təhvil verməlidir. Üçtərəfli razılaşmanın 6-cı bəndində deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək. Bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında …
Read More »Füzulidə avtomobil minaya düşüb, 5 nəfər həlak olub
Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və …
Read More »“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb – FOTO
“Qarabağ” klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Məlumata görə, səfərdə klub rəhbərliyi ilə yanaşı, məşqçilər və futbolçular yer alıb. Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıb.
Read More »Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”
Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edir. Ermənistan KİV xəbərlərinə görə, o, Ermənistanla Azərbaycanın Kəlbəcər rayonu arasında yerləşən Zod qızıl yatağı ətrafında yaranmış vəziyyətə toxunub. “Zod qızıl yatağının yarısı Azərbaycan, yarısı isə Ermənistan ərazisinə düşür. Üçtərəfli razılşaya görə, Kəlbəcər rayonunun Azərbaycana qaytarılmasından sonra erməni qoşunları yeni sərhəd xəttinə yerləşdirilməlidir. Sərhədlərin fiksasiyası təkcə rusiyalı sülhməramlıların deyil, azərbaycanlı hərbçilərin də iştirakı …
Read More »Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləridir. DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham …
Read More »