Azərbaycanın aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri Naxçıvana gediblər. Boyukmillet.com xəbər verir ki, səfərdə həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarının 250 nəfər nümayəndəsi iştirak edir. Məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən konfransa qatılmaqdır. Səfər ulu öndərin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə nümayəndə heyətinə ümummilli …
Read More »İqtisadi Şuranın növbədənkənar iclası keçirilib, Prezidentin tapşırıqları müzakirə olunub
İqtisadi Şuranın növbədənkənar iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub. İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Read More »Naxçıvanın Ombudsmanı hərbi qulluqçularla görüşüb
Naxçıvanın Ombudsmanı hərbi qulluqçularla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ombudsman Günay Rzayeva tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan N saylı hərbi hissəyə başçəkmə həyata keçirilib. Başçəkmə zamanı Ombudsman tərəfindən müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, ərzaq …
Read More »Türkiyə səfirliyinin müşaviri zəlzələdə həlak olan azərbaycanlı tələbələrin valideynlərinə başsağlığı verib
“Türkiyədə bu gün etibarı ilə 36 minə yaxın insan zəlzələ nəticəsində dünyasını dəyişib. Onların arasında Azərbaycandan elm üçün yola çıxmış, təhsilini ən gözəl formada tamamlayıb ölkəsinə geri dönərək xalqına xidmət etmək istəyən gənclər də var və bu gün ürək ağrısı ilə onların cənazələrini qarşılayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel deyib. Onun sözlərinə …
Read More »İcma sədri: “Qərbi Azərbaycana qayıdış 60 milyona yaxın azərbaycanlının məsələsidir”
“Qərbi Azərbaycana qayıdış həm də 60 milyona yaxın azərbaycanlının məsələsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir sıra nümayəndələri ilə görüşü zamanı tarixi fikirləri həyatımızın yeni bir mərhələsinə qədəm qoyduğunu göstərdi: “Prezident bu zaman icma qarşısında bir sıra məsələlələr qoyub. Həmin …
Read More »QHT Agentliyi Qərbi Azərbaycanla bağlı müsabiqənin məqsədini açıqlayıb
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, Qərbi Azərbaycan azərbaycanlıların tarixi torpaqlarıdır: “Təəssüf ki, bu tarix zaman-zaman Ermənistan tərəfindən saxtalaşdırılıb və orada yaşayan azərbaycanlıların hüquqları pozulub. Artıq yeni reallıqlar fonunda geosiyasi vəziyyət dəyişib və Qərbi Azərbaycanla bağlı …
Read More »Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca …
Read More »Vilayət Zahirov: “Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”
“Bu gün elə bələdiyyə sədrləri var ki, doğrudan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər. 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”. Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı …
Read More »Azərbaycan könüllüləri birinci xanım Mehriban Əliyevaya müraciət qəbul ediblər
Azərbaycan könüllüləri birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli Mehriban xanım! Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş türk xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və Sizin həssas münasibətiniz, …
Read More »Ermənistanın uşaqları orduya cəlb etməsi ilə bağlı Azərbaycan XİN-in hesabatı BMT-nin sənədi kimi yayılıb
Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanmış hesabatda bu ölkə tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi, onlardan Azərbaycana və xalqımıza …
Read More »