Cümə , 29 Mart 2024
Drone Cameras

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

https://www.instagram.com/firstvicepresidentazerbaijan/?utm_source=ig_embed&ig_rid=af7c0e07-a58c-4bba-99ff-6f0e41cdaea9&ig_mid=81FBDDF1-0380-4C11-AF74-3BEEB7CF941B

Check Also

Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. İcmadan  …