Şənbə , 13 Dekabr 2025

Daxili siyasət

İnam Kərimov Ali Məhkəmənin kollektivinə təqdim olunub, vəzifəsinin icrasına başlayıb

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb. Boyukmillet.com-un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb

Read More »

QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb

QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb. Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.5-ci bəndi ilə Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb. Qərar dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və …

Read More »

Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib, nazir vəzifəsinin icrası Sarvan Cəfərova həvalə edilib

İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Read More »

İlham Əliyev “Togg” elektromobilini idarə edib

Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Togg” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşüb. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim edib. Dövlət başçısı “Togg” elektromobilini idarə …

Read More »

Prezident: “Vətən müharibəsindən sonra mina terrorundan 300-ə qədər azərbaycanlı həlak olub və ya ağır yaralanıb”

“Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir. “Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina …

Read More »

İlham Əliyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı …

Read More »

Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən hər il 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. 2023-cü il …

Read More »

Prezident “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

Cəlilabad RİH aparatına yeni şöbə müdiri təyin edilib 

Cəlilabad Rayon İcra Hakimiyyəti aparatına yeni şöbə müdiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb. Müvafiq sərəncamla Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Əmirov Elvin İlham oğlu tutduğu vəzifədən azad edilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin …

Read More »

QHT-lər beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı “Ermənistanın törətdiyi mina terroru” adlı tədbir keçirilib. Boyukmillet.com-un xəbərinə görə, tədbir iştirakçıları beynəlxalq təşkilatları Ermənistanın mina terrorunu pisləməyə çağırıblar. Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov xatırladıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad …

Read More »