Şənbə , 18 May 2024

Daxili siyasət

Prezident Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib.

Read More »

“Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğ”a dönərək daha qürurlu və güclü olduğu üçün xoşbəxtdir” – RƏY

“Azərbaycan xoşbəxtdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi çağırışdan qalib çıxıb, millət və dövlət kimi yenidən doğulub, “dəmir yumruğ”a dönərək daha qürurlu və güclü olub”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib. Onun sözlərinə görə, hər bir xalqın, millətin, dövlətin tarixində çağırışlar olur: …

Read More »

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü ilə bağlı instaqramda paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, paylaşımda qeyd olunub: “08.11.2022. Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!”

Read More »

Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin ikinci ildönümü münasibətilə müdafiə nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com-un xəbərinə görə, hərbiçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar. Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

Read More »

Kürdəmirdə şəhid bulağının açılışı olub

Kürdəmirdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri, şəhid Nəzər Azizovun adını daşıyan ehsan bulağının açılışı olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər. Bulaq şəhid ailəsinin yaxınlarının şəxsi vəsaiti hesabına rayonun Dəyirmanlı kəndində inşa olunub. Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canını …

Read More »

Zəfər Günü münasibəti ilə şəhid ailələri ziyarət edilib

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə baş çəkiblər, Zəfər Günü münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik ediblər. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər, gətirdikləri sovqatları təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib. Mərd …

Read More »

Əli Nağıyevdən Ermənistana ciddi XƏBƏRDARLIQ

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr regionda yaranmış yeni reallıqları qəbul etməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev deyib. DTX rəisi bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər: “Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”. Əli Nağıyev qeyd edib …

Read More »

DİN Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib. DİN-dən  verilən məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bununla yanaşı vətəndaşlar …

Read More »

Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək …

Read More »