“20 yanvar Azərbaycan xalqının oyanma, diriliş günüdür. O gün Sovetlər İttfaqı və kommunist rejimi xalqımızın düşüncəsində və ürəyində bitdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib. Səfir bildirib ki, Sovetlər İttifaqının tərkibində yaşayan Azərbaycan xalqının Qarabağın Ermənistana birləşdirilməsinə dair torpaq iddiasına etirazı ilə bu hadisələr başlayıb və bunu gələcək nəsillərin …
Read More »Qərb bölgəsində Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər keçirilib
Azərbaycanın hər yerində olduğu kimi, Qərb bölgəsində də 20 Yanvar faciəsində ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid …
Read More »Ukraynanın UNİAN agentliyində 20 Yanvarla bağlı məqalə dərc edib
Ukraynanın UNİAN informasiya agentliyi 1990-cı ildə Sovet İttifaqının Qarabağ məsələsində ədalət tələb edən silahsız insanlara qarşı qoşun yeritdiyi və onlara qarşı vəhşicəsinə davrandığı 20 Yanvar hadisələrindən bəhs edən məqalə dərc edib. “Report”un Şərqi Avropa bürosunun əməkdaşı Mubariz Aslanovun yazdığı məqalədə 20 Yanvar tarixinin Azərbaycan tarixinə hüznlü, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi yazıldığı qeyd edilir, şəhidlərin öz qanları ilə ölkənin yeni tarixini – qəhrəmanlıq, …
Read More »Azərbaycanın şimal-qərb rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlər zamanı qeyd olunan rayonların şəhidlərin xatirəsinə ucaldılmış komplekslər və abidələr ziyarət olunub, önlərinə tər qərənfillər düzülüb. Anım mərasimləri zamanı …
Read More »Baş Prokurorluğun rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Read More »Qərbi Azərbaycan İcmasının rəhbəri və üzvləri Şəhidlər xiyabanını ziyarət edib
Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və icma üzvləri 20 Yanvar faciəsinin 33-cü ildönümündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, icma rəhbərliyi və üzvləri şəhidlərin məzarı üzərinə qərənfillər düzüb, müqəddəs ruhları qarşısında baş əyiblər. Şəhidlərimizin xatirəsi icma üzvləri tərəfindən ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Read More »Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Read More »Şəhidin qardaşı: “Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü”
20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, tariximizin o qanlı, şanlı səhifəsi unudulmur, daim xatırlanır, yad edilir. Boyukmillet.com xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Cəfərovlar ailəsi də milyonlarla azərbaycanlı kimi o müdhiş gecəni unuda bilmir. Bakıdakı faciədən beş gün sonra həmin ssenari Neftçala rayonunda da təkrarlanıb. Yanvar faciəsi şəhidi Əbülfəz Cəfərovun qardaşı Müşfiq Cəfərov deyir ki, ayın 25-də …
Read More »Mehriban Əliyeva: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”
“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın instaqram hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşımında yer alıb.”Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – Azərbaycanın Birinci vitse-prezidenti əlavə edib.
Read More »Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Qanlı Yanvar hadisələrindən 33 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə …
Read More »