Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb Boyukmillet.com xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən 17,5 faizə qaldırılıb. Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə …
Read More »DMX-nin işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri müəyyənləşib (məbləğlər açıqlanmayıb). Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən …
Read More »“Korea Post”: “Qara Yanvar”a görə keçmiş SSRİ rəhbərliyi məsuliyyəti daşıyır”
Azərbaycanlılara qarşı 1990-cı il yanvarın 20-də törədilən və tarixə “Qara Yanvar” kimi düşən cinayətə görə keçmiş SSRİ rəhbərliyi məsuliyyət daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Korea Post”da dərc olunan məqalədə yazılıb. Məqalədə qeyd olunub ki, BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasına səbəb olan bu hadisələrdən …
Read More »MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2022-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər. Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu – yanvarın 5-dən başlayıb. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK …
Read More »Daxili işlər naziri Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib
Yanvarın 13-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə …
Read More »Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib. Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb. O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.
Read More »Gözdən əlillərə verilən təqaüd artırılıb
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »Müharibə və ya 20 Yanvarla bağlı əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılıb
“Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …
Read More »20 Yanvar şəhidi ailələrinə verilən təqaüdün məbləği artırılıb
20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »Prezidentin fərdi təqaüdünün məbləği 1500 manata çatdırılıb
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
