“Şəhidlərimiz bizim qəhrəmanlarımızdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. “Vətən müharibəsindən artıq iki il keçir, amma yaramız bizim üçün hələ də təzədir. Bu, valideynlər üçün çox çətindir. Bizim nələr çəkdiyimizi dərdi çəkən bilər, başqa heç kim bilə bilməz. Allah şəhidlərimizə rəhmət eləsin!”, – şəhid anası vurğulayıb.
Read More »İlham Əliyev: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın”
“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib. “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin …
Read More »Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib
Prezident İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci …
Read More »Azərbaycan lideri: “Regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”
“Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. …
Read More »“YAŞAT” tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib
“YAŞAT” bu il də tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib. “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb. Beləliklə, Fond tərəfindən onlara birdəfəlik pul mükafatı – 2000 AZN təqdim edilib. Məlumatda qeyd olunub ki, ilk dəfə tələbə adını qazanan …
Read More »Sabah Azərbaycanda Anım Günüdür
Sabah Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Boyukmillet.com xəbər verir ki, artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin …
Read More »Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib
Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib. “Ümid edirik …
Read More »Ombudsman Ermənistanın Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib
Ombudsman Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib. Ombudsman Aparatından daxil olan məlumatda deyilir: “22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuş, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib. Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu …
Read More »BDYPİ-nin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı müəyyənləşib
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib. Boyukmillet.com-un məlumatına görə, həmin dövlət qurumları aşağıdakılardır: 1. İqtisadiyyat Nazirliyi 2. Ədliyyə Nazirliyi 3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4. Dövlət Gömrük Komitəsi 5. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 6. Azərbaycan Avtomobil Yolları Dövlət …
Read More »BDYPİ-nin mərkəzi informasiya sistemi haqqında əsasnamə təsdiqlənib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi BDYPİ-nin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. Daxili İşlər Nazirliyi …
Read More »