Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Prezident: “COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb”

“Əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib.

“Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər” – Prezident əlavə edib.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …