Çərşənbə , 1 Yanvar 2025

Daxili siyasət

Baş prokuror Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir

Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir. Boyukmillet.com xəbər verir ki, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir. Baş …

Read More »

Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verib

Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verib. Bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan beynəlxalq …

Read More »

Şəhid Xəlilov Qədim İsmayıllıda dəfn edilib

Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib. Boyukmillet.com xəbər verir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhətəmli kəndindəki evinə gətirilib, şəhidə cənazə namazı qılınıb, Vətənin qəhrəman oğlunun ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidimizi “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən …

Read More »

“Ermənistanın apardığı siyasət anlaşılmazdır, görünür, sülh istəmirlər” – RƏY

“Ermənistanın apardığı siyasət çox anlaşılmaz və dolaşıqdır. Bu dövlətin istər daxili, istərsə də xarici siyasətində heç bir normal, rahat həll oluna biləcək prioritet hədəflər yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, ermənilər özləri də nə istədiklərini bilmirlər: “Ermənistan hökumətinin iclaslarına nəzər salsaq, aparılan müzakirələrin olduqca mücərrəd olduğunu görəcəyik. Bütün bunlar Ermənistanın öz …

Read More »

Türkiyə səfiri: “Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır”

“Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır və bununla təcavüzünü davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının işğaldan azad olunmasının 104-cü ildönümünə həsr olunan tədbirdə çıxışında deyib. “Ermənilər Azərbaycan hərbçilərinin hərəkət etdiyi yollara minalar basdırıb. Təkcə 2021-ci ildə 1300 mina çıxarılıb. Həmin minalar 10 noyabr bəyanatından sonra – 2021-ci ildə döşənmiş minalar olub. …

Read More »

Türkiyə səfirliyində Bakının erməni-bolşevik işğalından azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilir

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə səfir Cahit Bağcı və diplomatik missiyanın nümayəndələri ilə yanaşı, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Tevfik Ulual, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Ramil Həsənov, Anar İsgəndərov, Aydın Mirzəzadə və …

Read More »

Bakının erməni-bolşevik işğalından azad olunmasından 104 il ötür

Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 104 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr …

Read More »

Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək

İşğaldan azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı genişləndirilib. Belə ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası …

Read More »

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib, bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını diqqətə çatdırıb. Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan …

Read More »