Bazar , 29 Dekabr 2024

Daxili siyasət

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi tələbi ləğv olunub

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən: Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini …

Read More »

Qarabağ münaqişəsinin həllinə həsr olunmuş kitabın təqdimatı olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, layihənin …

Read More »

Rövşən Rzayev: “Böyük qayıdış” könüllü şəkildə həyata keçiriləcək”

“30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamış həmvətənlərimizin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyini son vaxtlar keçirilmiş sorğularla bir daha təsdiqləyiblər”. Boyukmillet.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın Ön Sözündə yazıb. Onun sözlərinə görə, “Böyük qayıdış” beynəlxalq prinsiplərə uyğun …

Read More »

Komitə sədri: “Böyük qayıdış”ı təmin etmək üçün davamlı işlər aparılır”

“Münaqişə geridə qalıb, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bir çox məsələlər həllini tapıb”. Boyukmillet.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib. “2007-ci ilin dekabrından sonra Azərbaycanda çadır şəhərcikləri ləğv edilib. …

Read More »

“Regionda bütün şərtləri qalib Azərbaycan diqtə edir” – RƏY

“44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək regionun daimi sülh və əmin-amanlq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Təbii ki, gələcəyi ağıllı şəkildə dəyərləndirə bilən xarici qurum və dövlətlər bu təklifi müsbət dəyərləndiriblər. Lakin təəssüflər olsun ki, Ermənistan son vaxta kimi buna dirəniş gösətiridi. Hansı ki, bu əməkdaşlıq …

Read More »

Zəngilanda ağacəkmə aksiyası keçirilib

Zəngilan rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun (QDF) dəstəyi ilə baş tutub. Ağacəkmə aksiyası 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun reallaşdırılıb. Aksiyada nazirliyin işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar, Ekologiya və Təbii …

Read More »

Elman Rüstəmova yeni vəzifə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib. Boyukmillet.com xəbər verir ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib. Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov …

Read More »

Azərbaycan lideri: “Zəngəzur dəhlizi açılmalıdır”

“Zəngəzur dəhlizi açılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib. “Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, …

Read More »

Prezident: “Ağdam və Füzuli şəhərlərinin Baş planları əsasında işlərə start verilib”

“Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib. “Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut …

Read More »