Bazar , 19 May 2024
Drone Cameras

Gəncədə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə,Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, Gəncə Uşaq Evinin, Gəncə SOS uşaq kəndinin sakinləri, UAFA İƏRM-dən bəhrələnən uşaqlar, şəhid və qazi övladları iştirak ediblər.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək bildirib ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər bir tərəfində olduğu kimi, Gəncədə də bu bayram coşğu ilə qeyd olunur. Artıq 102 ildir 23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bütün uşaqları “23 Aprel – Milli suverenlik və uşaq bayramı” münasibətilə təbrik edib, onlara sağlam gələcək və firavan həyat arzulayıb.

Daha sonra konsert proqramı təqdim olunub. Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb alətləri ansamblının, “Gəncə gönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblının, “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin və şəhərin ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təqdimatında müxtəlif çıxışlar izlənilib. Tədbirdə iştirak edən bütün uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra balacalar üçün şəhərdə fəaliyyət göstərən kinoteatrların birində cizgi filmi nümayiş olunub.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …