Bazar , 28 Aprel 2024

Daxili siyasət

Prezident İlham Əliyev Nobel mükafatı laureatını təltif edib

Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Əziz Səncər 1946-cı ildə Türkiyənin Mardin şəhərində dünyaya gəlib. 1997-ci ildən ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika proqramı üzrə işləyir. DNT sahəsində araşdırmaları ilə tanınır. Ə.Səncər …

Read More »

Prezident “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə …

Read More »

Yeni nazir: “Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib”

“Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib. Hamımızın Azərbaycan idmanında olan çətinliklərlə bağlı məlumatımız var. Biz bu işlərin birlikdə öhdəsindən gəlməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir göstərdiyi etimada görə Prezident İlham Əliyevə təşəkkür edib: “Hesab edirəm ki, bu çox böyük məsuliyyətdir”.

Read More »

Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib

Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, S.Şərifov Azərbaycanın maliyyə naziridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.

Read More »

FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində fərqlənən 90 əməkdaşı təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən Türkiyədə meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər: “İgidliyə görə” medalı ilə Mirzəyev Etibar Böyükbəy oğlu – general-leytenant Həsənov Məhərrəm İmamqulu oğlu – general-mayor Kərimov Emil Kərim …

Read More »

Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib. Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib. Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.

Read More »

Azərbaycanda daha bir qanun ləğv edilir

Azərbaycanda “Enerji resurslarından istifadə haqqında” qanun ləğv edilir. Boyukmillet.com-un xəbərinə görə, qanunun ləğv edilməsinə səbəb Prezident İlham Əliyevin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanunu təsdiqləməsidir. Belə ki, “Enerji resurslarından istifadə haqqında” qanun yeni sənəd qüvvəyə mindiyi gündən, yəni, 2022-ci il iyulun 1-dən ləğv ediləcək.

Read More »

Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib

Biləsuvar rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib. Boyukmillet.com xəbər verir ki, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb. Müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlı icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib. Qeyd edək ki, Biləsuvar şəhərində anadan olan əsgər Kazımlı Əmrah Akif oğlu müharibənin ilk günlərindən …

Read More »

2868 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verilib

“2868 şəhidin 7600-dən artıq vərəsəsinə vərəsəlik şəhadətnaməsi təqdim olunub və həmin şəxslərə birdəfəlik ödəmənin verilməsi təmin olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov deyib. O, bildirib ki, vərəsələrin işini rahatlaşdırmaqdan ötrü notariuslar tərəfindən onların olduğu yer üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi təmin olunub. “Bu xidmət üçün heç bir rüsum alınmayıb və bütün proses …

Read More »