Şənbə , 4 May 2024

Daxili siyasət

Azərbaycanın Belçikadakı səfiri dəyişdirilib

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlib – FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birinci müavini, Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gedib və qədim şəhərin tarixi abidələri ilə tanış olublar. Nümayəndə heyətini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı müşayət edib. AKP rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın …

Read More »

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq idarə rəisi həbs edilib – RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb. Baş Prokurorluqdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat …

Read More »

Prezident Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayırdı

Prezident İlham Əliyev “Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon …

Read More »

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclası keçirilib. Video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika, Kənd təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun …

Read More »

SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib – SƏRƏNCAM

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib. Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət …

Read More »

Kəmaləddin Heydərov təltif olunub

Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Read More »

Baş Prokurorluqda veteranlarla görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə prokurorluğun gənc əməkdaşları arasında Baş Prokurorluqda görüş keçirib. Boyukmillet.com xəbər verir ki, Ümummilli Lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-dən başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir tarixi dövrün təməli qoyulub. İqtisadi və sosial …

Read More »

İlham Əliyev: “Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır”

“İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. “Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız …

Read More »

Azərbaycan Prezidenti: “Ermənistanda müharibədə ölənlərin ailələrinin birinə də bir mənzil verməyiblər”

Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində söyləyib. “Vətən uğrunda öz canlarını fəda etmiş …

Read More »