YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 18 ilin uğurlarından saatlarla, günlərlə danışmaq olar: “Bunların …
Read More »Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmanla həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu, hərbi qulluqçularının və mülki işçilərinin say həddi, ali zabit heyəti vəzifələrinin siyahısı da təsdiqlənib. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Read More »Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmanla həmçinin Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu, hərbi qulluqçularının və mülki işçilərinin say həddi, ali zabit heyəti vəzifələrinin siyahısı da təsdiqlənib. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini dövlət başçısına …
Read More »Cəbrayıl Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Read More »FHN-in bir qrup hərbi qulluqçusuna ali rütbələr verilib
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor İlham Əyyub oğlu Abdullayevə general-mayor Şahmar Ənvər oğlu Paşayevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Adil Ələsgər oğlu Abdullayevə polkovnik Əşrəf Məmməd oğlu Qasımova polkovnik Raul Süleyman …
Read More »Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.
Read More »Qarabağ Dirçəliş Fondu qrantın verilməsi qaydalarını təsdiqləyib
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclasında fondun gələcək planları müzakirə olunub və bir sıra sənədlər təsdiqlənib. Bu barədə Fonddan məlumat verilib. İclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri – ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət …
Read More »TŞ katibi: “Cənubi Qafqazdakı inkişafa bölgənin daxilindən və kənardan təxribatlara cəhd edilir”
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə nəticədən daha çox başlanğıcdır. Özü də bu, Azərbaycanla yanaşı, Cənubi Qafqazı, eyni zamanda Avrasiya bölgəsini əhatə edir. Cənab Prezidentin qeyd etdiyi kimi, 10 noyabr 2020-ci ildən sonra Qafqazda heç nə əvvəlki kimi olmayacaq və artıq deyil də. Ötən bir il ərzində Azərbaycanın və onun rəhbərinin liderliyi ilə region tarixinin yeni səhifəsi açılıb. …
Read More »Əli Əsədov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Read More »Fəxri adlara görə verilən təqaüd artırılıb
Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb. Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
