Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib. Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli …
Read More »Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Read More »Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir
“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, dəyişiklik layihəsi rəy verilməsi üçün Müdafiə Nazirliyinə göndərilib. “Azərbaycanın suverenliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün tam təmin edilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiə məsələləri ilə bağlı bir sıra nüanslar yenidən aktuallıq kəsb …
Read More »MSK sədri Müstəqil Mətbuat Mərkəzinin yaradılma məqsədindən danışıb
Bütün seçkilərdə Müstəqil Mətbuat Mərkəzi yaradırıq. Məqsədimiz odur ki, seçkilərə hazırlıq, səsvermənin keçirilməsi və bundan sonrakı proseslərdə şəffaflıq təmin edilsin, bu haqda informasiyalar düzgün çatdırılsın. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. MSK sədri jurnalistləri mərkəzin imkanlarından istifadə etməyə çağırıb: “MSK bu Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətinə xüsusi önəm verir. Çünki media olmasa, …
Read More »Cəlilabadda seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri məlum olub
Cəlilabad rayonunda seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri müəyyən edilib. “Report”un Muğan bürosunun məlumatına görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Cəlilabad rayonu ərazisində təşviqatın aparılması üçün müəyyən edilmiş 35 məkan təyin olunub.
Read More »Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək
Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər …
Read More »Prezident İlham Əliyev Lənkəranda Ümummilli Liderin abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »İlham Əliyev Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Prezident Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »MSK prezidentliyə üç namizədin vəkillərini qeydə alıb
Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədlərinin vəkil edilmiş şəxslərini qeydə alıb. Boyukmillet.com-un xəbərinə görə, məsələ barədə komissiyanın katibi Arifə Muxtarova məlumat verib. Onun sözlərinə görə, MSK-ya təqdim edilən sənədlər araşdırılaraq müəyyən edilib ki, həmin şəxslərin qeydə alınması üçün əsaslar mövcuddur və onlar partiyaların vəkil edilmiş şəxsləri kimi qeydə alına bilərlər. …
Read More »