Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə terror hücumuna DAK-ın Avropa Bölməsinin rəhbəri, hüquqşünas Əli Hacı münasibət bildirib.DAK yetgilisi dak.az-a bildirib ki, Tehran dövləti bu olayla bir daha özünün iç üzünü açıq şəkildə göstərdi. Terrora əl atdı. Faşist ölkəsi kimi tanınan İran İslama ləkə olduğunu bir daha sübut etdi. Bu ölkədə humanizimdən, insanlıqdan başqa hər şeyə təsadüf etmək olur. Erməniyə qucaq açan, amma …
Read More »Səfirliklərin təhlükəsizliyi məsələsi beynəlxalq səviyyədə gündəmə gətirilməlidir
Bu gün səhər saat 08:30 da Azərbaycanın İrandakı səfirliyinə edilən hücum həm beynəlxalq hüququn, həm də İran və Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Çünki səfirliklərin əraziləri toxunulmaz ərazilərdir. Bu hadisə başvermə səbəbindən asılı olmayaraq beynəlxalq konvensiyalara zidd addımdır. Eyni zamanda, hadisənin nəticəsi, yəni, iki nəfərin yaralanması, bir nəfərin ölümü çox təəssüf doğurur. Bu hadisəyə ümumi regional kontekstə baxılmalıdır. Son dövrlər İran tərəfindən …
Read More »İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər Xiyabanında dəfn olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə onun yaxınları bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin …
Read More »Emin Hüseynov Tehrandakı səfirliyimizə qarşı reallaşdırılan terror aktını qınayıb
“Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aktını şiddətlə qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb. “Terror aktında qəhrəmancasına həlak olmuş baş leytenant Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə səbr diləyirik”, – deyə o əlavə edib. Xatırladaq ki, …
Read More »Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamları açıqlanıb
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının 26 yanvar 2023-cü ildə keçirilmiş iclasında “Qayıdış Konsepsiyası”nın layihəsinə baxılmışdır. Sənəd layihəsi səsə qoyularaq təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, daha sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim edilib. İdarə Heyətinin sədri bildirib ki, “Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını …
Read More »Misir Mərdanov: “Qərbi Azərbaycana Qayıdış İcması işini bundan sonra işini daha da sürətləndirəcək”
“Qərbi Azərbaycana Qayıdış İcması işini bundan sonra işini daha da sürətləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu günü görən hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt saymalıdır: “Bu addımı atmağımızda bizi dəstəkləyən Prezident İlham Əliyevə icmamız adından öz minnətdarlığımızı bildiririk”. “Fikrimcə, icma bundan sonra işini …
Read More »Nazirlərin fevral ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb – SİYAHI
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Boyukmillet.com xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır. Qəbul cədvəlini təqdim edirik: Qəbulun keçirildiyişəhər, rayonƏhatə olunanşəhər və rayonlarQəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumuQəbulun keçirildiyigünİmişliİmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli, Xocavəndrəqəmsal inkişaf və …
Read More »Sədr: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq” Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bu gün keçirilən mətbuat konfransında deyib. Sədr qeyd edib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası icmanın Müşahidə Şurasının iclasında qəbul edilib. Onun sözlərinə görə, bu sənədin qəbulu Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıtması istiqamətində atılan mühüm addımdır: “Son 200 ildə azərbaycanlılar Ermənistan tərəfindən …
Read More »Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qayıdış Konsepsiyasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində işlər yekunlaşıb və layihə MŞ-yə təqdim olunub. Şura Konsepsiyanı müzakirə edərək təsdiqləyib. Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlərin keçirilib, müzakirələr zamanı yüzlərlə təklifin irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş …
Read More »“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun təsdiqlənib
Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, 5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək. Qanunda istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, …
Read More »