Bazar ertəsi , 12 Yanvar 2026

Daxili siyasət

Ağır yaralanan qazimizin müalicə xərcləri və borc öhdəlikləri qarşılanıb

Ağır yaralanan qazimiz Elnur Xəlilovun “YAŞAT” Fondu tərəfindən müalicə xərcləri və borc öhdəlikləri qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb. Boyukmillet.com xəbər verir ki, Fond tərəfindən dəstək tədbirləri davam etdirilir. Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Read More »

Vilayət Quliyevə Şirməmməd Hüseynov mükafatı təqdim olunub

2022-ci il üzrə Şirməmməd Hüseynov mükafatı Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə martın 14-də Mətbuat Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirdə Şirməmməd Hüseynovun ailə üzvləri, Milli Məclisin deputatları və jurnalistlər iştirak ediblər. PJB sədri Elşad Eyvazlı V.Quliyevin Azərbaycan …

Read More »

İlham Əliyev: “Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var”

“Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən dövlət başçısı deyib: “Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik …

Read More »

Anar Bağırov: “Sürəyya Ağaoğlunun yubileyini Şuşada qeyd etmək istəyirik”

“Biz Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun yubileyini Şuşa şəhərində qeyd etmək istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. “Bildiyiniz kimi, Əhməd bəy Ağaoğlu Azərbaycanın böyük şəxsiyyətidir. Bu il onun qızı Sürəyya Ağaoğlunun 120 yaşı tamam olur. Sürəyya Ağaoğlu Şuşa şəhərində doğulub. Biz çox istərdik …

Read More »

Serbiyanın eks-prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Biz Azərbaycanın simasında gördük ki, dövlət qurmaq, xalq formalaşdırmaq üçün necə güc tətbiq olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib. O xatırladıb ki, 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra ölkələr müstəqillik qazanmağa başlayanda onların hər birinə “qurucu ata” lazım idi: “Azərbaycan üçün bu, Heydər Əliyev …

Read More »

Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan jurnalistlər Prezidentə müraciət etdilər

Boyukmillet.com müraciəti təqdim edir: Möhtərəm Prezident! Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin böyük uğurla davam etdirdiyiniz daxili və xarici siyasətin, o cümlədən ordu quruculuğunun labüd nəticəsi olaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ azadlığına qovuşdu.Biz media nümayəndələri də informasiya cəbhəsində mübarizə apararaq, Sizin rəhbərliyiniz altında görülən işlərin bütün dünyaya çatdırılmasına, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasına, cəmiyyətimizin operativ və …

Read More »

Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir

Bakıdakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir. Boyukmillet.com-un xəbərinə görə, toplantıda X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində “Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı” və “Milli kimliyin qurulması” adlı panel iclasları keçiriləcək. Toplantıda Albaniya Prezidenti Bayram Beqay …

Read More »

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransınıın keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda deyilir ki, idman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və …

Read More »

“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Nazirlər Kabineti “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirmək, Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri …

Read More »

BDU-da “Heydər Əliyev və Qərbi Azərbaycan İcması” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Heydər Əliyev və Qərbi Azərbaycan İcması” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov ermənilərin Azərbaycanın tarixi torpaqlarında deportasiya siyasəti və terror aktlarının tarixindən bəhs edib. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli icmanın fəaliyyəti, gələcək planları barədə geniş məlumat verib. Qeyd edib …

Read More »