Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Güneyli ekspert: “İran rejimi siyasətini yüz ildən çoxdur türk düşmənçiliyi üzərində qurub”

“İran rejimi siyasətini yüz ildən çoxdur Azərbaycan, türk düşmənçiliyi üzərində qurub”. Boyukmillet.com xəbər verir ki, bunu güney azərbaycanlı ekspert Babək Azəroğlu Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, İran əlindən gəldiyi qədər türklərə ziyan vurmağa çalışır: “Urmiya gölünün qurudulması birbaşa bu siyasətə xidmət edir. Məqsəd insanları yaşadıqları yerdən didərgin salmaq və onların başını …

Read More »

“Gender Azərbaycan” portalının təqdimatı olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və blogerlər iştirak ediblər. B.Muradova bildirib ki, portal gender məsələləri üzrə məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin etmək məqsədilə yaradılıb. …

Read More »

Ekspert: “İran Güney Azərbaycanın sərvətlərini talan edir”

“İran hakimiyyətinin yürütdüyü yarıtmaz və Güney Azərbaycanın təbiətinə laqeyd siyasət nəticəsində Urmiyə gölü də quruyur”. Boyukmillet.com xəbər verir ki, bunu Güney azərbaycanlı ekspert Səttar Sevgin Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. O qeyd edib ki, Urmiya gölünün qurudulması ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar …

Read More »

Güneyli mühacir: “Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb”

“Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb”. 35 ildir Fransada mühacirət həyatı yaşayan Maşallah Rəzmi bildirib ki, ən böyük arzusu Qarabağı ziyarət etmək olub. O, Qarabağın işğalından sonra bu torpaqlara gələcəyi günü səbrsizliklə gözlədiyini söyləyib: “Hər dəfə düşünürdüm və bu fikirlə yaşayırdım ki, görəsən buralara gəlmək mənə nəsib olacaqmı? Bu gün arzuma çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Xalqımızın mədəniyyət beşiyi …

Read More »

Qərbi Azərbaycan İcmasında 5 dekabr Anım günü ilə bağlı görüləcək işlərə dair iclas keçirilib

Qərbi Azərbaycan İcmasının noyabrın 26-da keçirilən növbəti iclasında Qərbi Azərbaycanın  rayon və kənd icmalarının fəaliyyəti geniş müzakirə olunub. Məsələ ilə bağlı şöbə müdiri Qalib Qasımovun detallı məlumatı dinlənilib. İclasda QAİ Mətbuat katibi Ülviyyə Zülfiqar Mətbuat xidmətinin son həftə ərzindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.Toplantıda Qərbi Azərbaycanlıların 5 dekabr Anım günü ilə bağlı geniş müzakirələr aparılıb.Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti

Read More »

Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək

Dövlət Gömrük Komitəsinin strukturu təkmilləşdiriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb. Dəyişikliklə Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Read More »

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanda nəzərdə tutulub. Belə ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndindən “, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb. Əsasnamənin 5.8-ci bəndindən …

Read More »

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı Strateji planlaşdırma və monitorinq baş idarəsi Qanunvericilik baş idarəsi Ədliyyə sahəsində …

Read More »

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub. İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır. Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.

Read More »

“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Read More »