Bazar , 11 Yanvar 2026

Daxili siyasət

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Əfv Sərtəncamı 200-dan çox şəxsə şamil olunub. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti …

Read More »

İcma: İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin öz yerini alması baxımından əhəmiyyətli addımdır

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.  Bəyanatda xatırladılıb ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin …

Read More »

Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı xüsusi sənədli filmin çəkilməsi təklif olunur

Azərbaycana qarşı separatizmdə ittiham edilən ermənilərin məhkəməsindən xüsusi sənədli film çəkilməlidir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında deyib. O qeyd edib ki, film Azərbaycan tarixi üçün önəmlidir: “Həmçinin təklif edirəm ki, həmin məhkəmələrə beynəlxalq ekspert və hakimlər də dəvət olunsun. Bu, ermənilərin törətdiyi cinayətlərin dünyaya çatdırılması üçün vacibdir”. H.Babaoğlu eyni zamanda …

Read More »

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına sədr seçilib

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası çərçivəsində Şuraya yeni sədr seçilib. Boyukmillet.com xəbər verir ki, sədr Rusiyanın daxili işlər nazirinin birinci müavini Andrey Kikot olub. Sədri şuranın nümayəndəsi təqdim edib.

Read More »

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.  Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.  Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 …

Read More »

FHN nümayəndəsi: Ağdamda 37 min 154 hektar ərazi minalardan təmizlənib

Ağdam rayonunda 37 min 154 hektar ərazi təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladı Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mina Əleyhinə Xüsusi Təyinatlı Hərbi Hissəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayon ərazisindəki minatəmizləmə sahəsinə təşkil olunan mediatur çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) …

Read More »

Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …

Read More »

Dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib

Dövlət qulluğu vəzifəsinə, o cümlədən staj və sınaq müddətinə təyin edilən şəxslər haqqında məlumatlar dövlət qulluqçularının reyestrinə daxil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu, dövlət qulluqçularının reyestrinin aparılması qaydasında öz əksini tapıb. Qaydaya əsasən, dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 iş günü müddətində Reyestrə daxil edilir. Dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında …

Read More »

Bu il insan alverinin təbliğatına görə 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb

Bu il insan alverinin təbliğatı ilə məşğul olan 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib. Onun sözlərinə görə, informasiya texnologiyalarının tətbiqi ilə …

Read More »

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.  “Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.  Xatırladaq ki, T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv …

Read More »