Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Azərbaycanda icra başçılarının səlahiyyətləri artırılıb

Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi yeni redaksiyada verilməsi ilə baş tutub. Yeni redaksiyaya əsasən, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz …

Read More »

Ombudsman: “Müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də məsuliyyətə cəlb edilməyib”

“Çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib. “Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür. Döyüş əməliyyatlarının aparıldığı …

Read More »

Prezident Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının …

Read More »

Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq

Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır. Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, …

Read More »

Zərdabda XTQ-nin şəhidinin xatirəsinə bulaq inşa edilib

Zərdab rayonunda Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, bulaq kompleksi şəhidin doğulduğu Alıcanlı kəndində inşa edilib. Açılış mərasimində şəhidin ailə üzvləri, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində F.Vəlizadənin şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü münasibətilə məzarı ziyarət edilib və ruhuna dualar oxunub. …

Read More »

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən iki il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının ikinci ildönümüdür.” Boyukmillet.com xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Read More »

Dövlət Komitəsinin sədri: “Erməni işğalı zamanı Azərbaycan ikili standartlarla üzləşib”

“Erməni işğalı zamanı Azərbaycan ikili standartlarla üzləşib”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, müasir dünya çoxsaylı çağırışlarla üzləşib: “Bu müharibələrin və konfliktlərin səbəbi dünyanı bölməkdən, sərvətlər əldə etməkdən ibarətdir. Erməni işğalı zamanı Azərbaycan ikili standartlarla …

Read More »

Azərbaycan Prezidenti: “Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”

“Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı deyib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. …

Read More »

TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib. “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu: “Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz …

Read More »