Cümə , 3 May 2024
Drone Cameras

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, kollegiya iclasında Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mediada işıqlandırılması, məcburi köçkünlərin könüllü qayıdışının stimullaşdırılması məqsədi ilə təbliğat və təşviqat işinin təşkilində beynəlxalq standartların tətbiqi, komitənin yerli bölmələrinin fəaliyyəti və onların işinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, komitənin aparatında və tabe təşkilatlarda kargüzarlığın aparılması vəziyyəti, icra intizamı, habelə Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismarı və istifadəsi məsələləri barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

Kollegiya iclasında dövlət komitəsinin 2023-cü il üçün iş planının müzakirəsı aparılıb və müvafiq qərarlar qəbul edilib.

Check Also

İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu lazımınca nəzərdən keçirilməlidir. Boyukmillet.com xəbər verir …