Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb. “Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət …
Read More »İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciət mətnini ədliyyə naziri Fərid Əhmədov səsləndirib.
Read More »DTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə səhifələrində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşılıb. Boyukmillet.com xəbər həmin videonu təqdim edir.
Read More »Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə …
Read More »Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb. Boyukmillet.com xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib. L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında …
Read More »Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sərəncamda qeyd edilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb …
Read More »Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “Qurban bayramınız mübarək! Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!”. #QurbanBayramı pic.twitter.com/vz7WyWwO1C— Mehriban Aliyeva (@1VicePresident) June 6, 2025
Read More »Məhkəmədə Ermənistanın Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurması faktları üzrə sənədlərin tədqiqinə başlayıb
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub. Tədqiq edilən …
Read More »İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Prezident İlham ƏIiyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir. Cəmiyyətimizdə …
Read More »İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq – SƏRƏNCAM
“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar