Bazar ertəsi , 25 Noyabr 2024

Daxili siyasət

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar. Boyukmillet.com xəbər verir ki, onlar festivalda Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” və “Solotürk” qruplarının nümunəvi çıxışlarını izləyəcəklər.

Read More »

Ombudsman: “Prezidentə 31 nəfərlə bağlı müraciət etmişdik”

“28 May – Müstəqillik günü ərəfisində Prezdient İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili – Ombusdman Səbinə Əliyeva deyib. O bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub: “Burada məhkumların ailə vəziyyəti, səhhətləri və s. məsələr nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə Müvəkkil …

Read More »

Prezidentin əfv sərəncamı 213 nəfərə şamil edilib

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza …

Read More »

İlham Əliyev Zəngəzurun Azərbaycandan alınmasının tarixindən danışıb

“Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi də hər kəs bilməlidir, 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və …

Read More »

Prezident: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır”

“Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. “İlk Xalq Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi. Əlbəttə, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı …

Read More »

Qarabağ və Şərqi Zəngəzur səfəri: “Dünyanın heç bir yerində infrastruktur layihələri bu sürətlə icra olunmur”

“Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri, bir sıra layihələrin təməlini qoymaları bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib. O xatırladıb ki, səfər çərçivəsində onlar xüsusi əhəmiyyətə malik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə yaxından tanış olublar: “Həmçinin Horadiz-Ağbənd dəmir yolu …

Read More »

“Müstəqil Azərbaycanın bayrağı azad olunmuş ərazilərdə də hər zaman dalğalanacaq” – RƏY

“Bugünkü güclü və qüdrətli Azərbaycan 1918-ci ilin may ayının 28-də müstəqilliyini elan etmiş Azərbaycanın hüquqi varisidir. O zaman Azərbaycan müstəqilliyini elan etsə də, cəmi iki ilə yaxın müstəqil ölkə kimi fəaliyyət göstərməyi bacardı”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O xatırladıb ki, məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı: “Ölkədə …

Read More »

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar. Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Read More »

Azərbaycanda seçicilərin sayı açıqlanıb – EKSKLÜZİV

Azərbaycanda seçicilərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, ölkə üzrə vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. Belə ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 6 milyon 400 min səsvermə hüququ olan şəxs var .

Read More »