Bazar , 19 Yanvar 2025

Daxili siyasət

Milli Məclisin komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ – “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Təqdim olunan qanun layihəsi barədə danışan komitə sədri qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif …

Read More »

Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını  ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Bakının ən hündür …

Read More »

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarına dəyişiklik edilib

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarına dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qaydalara yeni bənd əlavə olunub. Belə ki, bundan sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 13.3-1-ci maddəsinə uyğun olaraq kommersiya qurumları və publik hüquqi şəxslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına …

Read More »

Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

“Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, qanunlarla və digər sənədlərlə tanış ola biləcəklər. A.Səmədzadə vurğulayıb ki, doğum və ölümün dəqiq statistikasının …

Read More »

Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilib. Belə ki, buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, …

Read More »

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələr məlum olub

Azərbaycanda Gender komissiyalarının yaradıldığı bələdiyyələrin adları məlum olub. Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib. Onun sözlərinə görə, komissiyalar Azərbaycanın 15 rayon və şəhərindəki bələdiyyələrdə yaradılıb. Belə ki, Gender Komissiyaları Bakı şəhərində Xətai, Nəsimi, Səbail, Yasamal, M.Ə.Rəsulzadə, Lökbatan və Bakıxanov bələdiyyələrini əhatə edib. Həmçinin paytaxtdan kənarda Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan, Ağcabədi, …

Read More »

Azərbaycanda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” yaradılıb

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərman beynəlxalq təcrübə nəzərə alınmaqla hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsi, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilib. Fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılır. Sənədlə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” təsdiqlənib. Fərmana …

Read More »

Azərbaycanda Miqrasiya üzrə regional təlim mərkəzi yaradılacaq

“Azərbaycanda Miqrasiya üzrə regional təlim mərkəzinin yaradılması nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un yerli bürosuna müsahibəsində ABŞ-da işgüzar səfərdə olan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, layihənin icrasını DMX ilə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) birlikdə həyata keçirir və Miqrasiya üzrə reginal təlim mərkəzinin gələn ilin sonuna qədər fəaliyyətə …

Read More »

Kamran Əliyev: “Prokurorluq, DİN və DTX-nin peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq”

“Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. “Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. …

Read More »

Səbail İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə icra başçısı Vuqar Zeynalov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov işdən çıxarılıb. Hazırda onun yerinə təyinat yoxdur.

Read More »