Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Pakistanın nüfuzlu “BOL” Media Qrupunun rəhbəri Ayşə Şeyxi, Qrupun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Syed Savez Alini, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovu qəbul edib. QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ötən gün AzTV …
Read More »Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir. Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun …
Read More »Ceyhun Bayramov israilli nazirlə bölgədəki vəziyyəti müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb. Qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib. Nazir Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm verdiyini qeyd edərək, İsraildə Azərbaycan …
Read More »Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə ayrılmış mənzillər özəlləşdiriləcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək. Mənzillərin özəlləşdirilməsi …
Read More »Ombudsman Ağdaban soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Bu gün Ağdaban soyqırımından 30 il ötür. Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu soyqırım və etnik təmizləmə siyasəti nəticəsində minlərlə günahsız insan qətlə yetirilmiş, kütləvi qırğınlar törədilmişdir. Ermənistanın insanlıq əleyhinə yönəlik çoxsaylı cinayətlərindən biri də 1992-ci il …
Read More »İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Prezident İlham Əliyev dövlət vəsaiti hesabına inşa edilmiş evlərlə bağlı fərman imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Boyukmillet.com-un məlumatına görə, fərmanla yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin …
Read More »Milli Məclisdə bələdiyyələr haqda məsələ qaldırıldı
Bu gün Milli Məclisin plenar iclasında bələdiyyələr haqda məsələ qaldırılıb. Boyukmillet.com xəbər verir ki, deputat Fatma Yıldırım bu günkü baş tutan iclasda Bərdə və digər rayonların bələdiyyələri ilə bağlı problemlərə toxunub. Deputat bununla bağlı öz facebook hesabında məlumat yayıb. Həmin paylaşımı sizlərə təqdim edirik. Əziz həmvətənlər!5 Aprel 2022-ci il tarixində keçirilən Milli Məclisin plenar iclasındakı yazılı çıxışımı sizə təqdim edirəm. …
Read More »Şuşada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Şuşa şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Agentlikdən verilən məlumata görə, iclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. O, “Şuşa ili”nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər …
Read More »Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını elektron formada təqdim edəcək
Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənədə əsasən, sözügedən vəzifənin icrası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və …
Read More »