Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı rəsmi tviter səhifəsində Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımı edib. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!”, – paylaşımda bildirilib.
Read More »Azərbaycanda 5 günlük bayram tətili başlayıb
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb. Boyukmillet.com xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir. Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir. Yanvar ayının 1 və …
Read More »Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Boyukmillet.com xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar bayram kimi qeyd edir. …
Read More »Bakıda koronavirus xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin ödənilməsi müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.
Read More »Prezident İlham Əliyev əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır. Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.
Read More »Azərbaycanda daha 6 “ASAN xidmət” mərkəzi inşa olunur
Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. …
Read More »Gələn il UNESCO-da Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubleyləri qeyd ediləcək
2022-ci ildə UNESCO-da Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubleyləri qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib.
Read More »Rusiyadan Azərbaycana 728 nəfərin gətirilməsi təmin edilib
Rusiyadan Azərbaycana 728 nəfərin gətirilməsi təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. Qeyd olunub ki, mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün …
Read More »Anar Bağırov: “Bu il 30 minə yaxın vətəndaşa dövlət hesabına hüquqi yardım göstərilib”
“2021-ci ildə 30 minə yaxın Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. “Bu, cinayət prosesini həyata keçirən orqanların, mülki işlər üzrə məhkəmələrin qərarlarıdır. 30 min Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım gösətən vəkillər üzərlərinə düşən hüquq və vəzifələri şərəflə, layiqincə yetirməyə çalışırlar”.
Read More »Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür
Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür. Boyukmillet.com xəbər verir ki, 28 dekabr – “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər …
Read More »