Cümə axşamı , 8 May 2025

Daxili siyasət

Azərbaycan Prezidenti: “Kimsə onların dərsini verməli idi, ya yox?”

“Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox?”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. “Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan …

Read More »

Baş prokuror Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Baş prokuroru Kamran Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan xalqı bir il öncə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi Zəfər əldə etdi. Zəfər Günün mübarək, Azərbaycan!!! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır! Allah şəhidlərimizə rəhmət eləsin!!!”

Read More »

Qarabağ qələbəsinin birinci ili – Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü – ilk Zəfər Günü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, Zəfər Günü 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin …

Read More »

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər Gününə həsr olunan videokonfrans keçirilib

Azərbaycanın Ukrayna Konqresinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin dəstəyi ilə və Birləşmiş Ukrayna Azərbaycanları Konqresinin iştirakı ilə Zəfər Gününə həsr edilən videokonfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm mərkəzində təşkil olunan onlayn videokonfransda azərbaycanda Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikası Çernobıl Əlilləri Cəmiyyətinin sədri …

Read More »

Ombudsman: “Amnistiya Aktının qəbul edilməsi humanist addımdır və bunu alqışlayırıq”

“Amnistiya Aktının qəbul edilməsi humanist addımdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən belə bir humanist addımın atılması neçə insanın, ailənin sevincinə səbəb olur: “Biz bunu alqışlayırıq. Həmçinin, bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanmışdı”.

Read More »

Azərbaycanın dini liderləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi – dünya şöhrətli qalib siyasi lideri Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə Sizə Ulu Yaradandan uğurlar diləyirik. Möhtərəm cənab Prezident, …

Read More »

Səbinə Əliyeva: “Ermənistan itkin düşmüş şəxslərlə bağlı heç bir məlumat vermir”

“İtkin düşmüş dörd minə yaxın vətəndaşımızla bağlı mütəmadi iş aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, onların ailələri ilə görüşlər keçirilir: “Bunu həm də beynəlxalq qurumların diqqətinə çatdırırıq. Bir neçə ay əvvəl itkinlərlə bağlı bəyanatımız yayılıb. Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan bütün hüquq normalarını pozmaqla itkin düşmüş …

Read More »

YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, qanvermə aksiyasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və 300 nəfərə yaxın YAP üzvü iştirak edib. Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Xüsusilə, partiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın …

Read More »

Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olunub

Məlum olduğu kimi, ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, dövlətin qayğısı ilə əhatə olunurlar. Milli Məclis tərəfindən də şəhid ailələri və qazilərlə müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhidlərin ailə üzvlərinin və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsinin birinci ildönümü …

Read More »

Mübariz İbrahimov adına liseydə Zəfər Günü qeyd edilib

Mərkəzi Bankın təşəbbüsü və təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey kompleksində “Açıq dərs” tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov, Milli Qəhrəman M.İbahimovun atası Ağakərim İbrahimov, qazilər, rayon rəhbərliyi, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli iştirak edib. E.Rüstəmov çıxışında qeyd edib ki, Mərkəzi …

Read More »