Cümə axşamı , 8 May 2025

Daxili siyasət

Zəngilandakı “Ağıllı kənd”də 200 ekoloji ev, 4 bina, məktəb və bağça tikilir

“Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 20-də Zəngilanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya layihə barədə məlumat verərkən deyib. Nazirin sözlərinə görə, innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, …

Read More »

Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Boyukmillet.cdom xəbər verir ki, “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may …

Read More »

Azərbaycan Prezidenti Zəngilanın Ağalı kəndində həyata keçirilən işlərlə tanış olub

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Kənd təsərrüfatı naziri İnam …

Read More »

Deputat: “Vətən müharibəsində partiyaların həmrəyliyi qələbəyə təsir edən amillərdən biri olub”

“Torpaqlarımızın müdafiəsi məsələsində əksər partiyaların bir araya gəlməsi müharibədə qələbəyə təsir edən amillərdən biri olub”. Boyukmillet.com xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, …

Read More »

YAP-da “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı tədbir keçirilir

“Müasir dövrdə hər bir ölkəni güclü edən əsas faktorlardan biri milli həmrəylikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya ölkələri sırasında layiqli yer turur: …

Read More »

Bahar Muradova bəzi deputatları tənqid edib: “Deyirdilər kişi gedib ikinci arvad alsın”

“Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib. Komitə sədri həmin müzakirələr zamanı belə halların …

Read More »

Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olunub

“Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib. YAP sədrinin müavini bildirib ki, onu da həmin …

Read More »

Prezident Azərbaycanla TDƏŞ arasında imzalanan Anlaşma Memorandumunu təsdiqləyib

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma …

Read More »

Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir. Sabah onun 70 yaşı tamam olur.

Read More »

Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir. Bu gün onun 75 yaşı tamam olur.

Read More »