Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan …
Read More »Dövlət Vergi Xidmətinin iki əməkdaşına ali xüsusi rütbə verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. Həmin şəxslər aşağıdakılardır: Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.
Read More »30 İL EYNİ VƏZİFƏNİ TUTAN GENERAL – Ramiz Zeynalov 73 yaşını tamamladı
Fevralın 19-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun 73 yaşı tamam olub. O, 1951-ci ildə Tovuz rayonunda anadan olub. R.Zeynalov Azərbaycan məmurları arasında postunu ən uzun müddət qoruyub-saxlamış şəxsdir. Baş İdarə rəisi 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib, 1994-cü ilə qədər bu sistemdə müxtəlif vəzifələr tutub. Həmin ilin avqust ayından …
Read More »Ümid Partiyası Konstitusiyaya bu dəyişiklikləri TƏKLİF EDİR
İqbal Ağazadə: “Bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədir” 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 Ü𝐦𝐢𝐝 𝐏𝐚𝐫𝐭𝐢𝐲𝐚𝐬ı 𝟕 𝐟𝐞𝐯𝐫𝐚𝐥 seç𝐤𝐢𝐥ə𝐫𝐢𝐧𝐝ə𝐧 𝐬𝐨𝐧𝐫𝐚 𝐲𝐞𝐧𝐢 𝐝ö𝐧ə𝐦𝐢𝐧 𝐛𝐚𝐬𝐥𝐚𝐧𝐝ı𝐠ı 𝐢𝐥ə 𝐛𝐚𝐠lı 𝐨𝐳 𝐦𝐨𝐯𝐪𝐞𝐲𝐢𝐧𝐢 𝐢𝐟𝐚𝐝ə 𝐞𝐭𝐦𝐢𝐬𝐝𝐢. Təəssüf ki, bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədirlər. Təbii ki, əsas yük iqtidarın üzərindədir. Lakin biz həm də qeyd etmişdik ki, siyasi institutlar da proqram partiyasına çevrilməlidirlər. Vətəndaş partiyaların onların …
Read More »Nazir qədim Afrodisiası tanıtdı
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Aydının Karacasu bölgəsində yerləşən Afrodisias Antik Şəhərinin cəmi 1 milyard 750 milyon TL büdcə ayrılan layihələrlə rekord qıran ziyarətçi sayına çatan tarixi irsə çevriləcəyini açıqlayıb. Boyukmillet.com “Cebhe.info” ya istinadən xəbər verir ki, Afrodisias Antik Şəhərinin Tanıtım Tədbirində çıxış edən Ersoy, bu tarixi bölgənin Roma dövründə heykəltəraşlıq incəsənətinin əks olunduğu qabaqcıl mərkəzlərdən biri olduğuna …
Read More »QHT Agentliyi rəhbərliyinin istefası tələb olunur – BƏYANAT
İctimai Siyasi Proseslər Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi Bəyanat yayıb. Boyukmillet.com həmin Bəyanatı olduğu kimi təqdim edir: 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri həyata keçirildi və İlham Əliyev yenidən ölkəyə prezident seçildi.Hər Prezident seçkilərindən sonra ölkə əhalisinin hər bir vətəndaşının növbəti dövr üçün gözləntiləri olur. Bəziləri sosial rifahının yaxşılaşdırılması istiqamətində, bəziləri təhsil, sağlamlıq, məşğulluq və s. məsələlərdə islahatların aparılması istiqamətində …
Read More »Azərbaycanda 3 268 qəbiristanlıq bələdiyyələrə təhvil verilib – RƏSMİ
Azərbaycanda 4 204 qəbiristanlıq var ki, onların da 3 268-i bələdiyyələrə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dədqiq olmamasıdır. …
Read More »Azərbaycanda bir neçə bələdiyyə sədrinə cinayət işi açılıb – SİYAHI
Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. “Report”un əldə etdiyi məlumata görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub. Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. …
Read More »Azərbaycanda bəzi şəxslər bələdiyyə torpaqlarından təyinatına zidd istifadə ediblər
Azərbaycanda bəzi şəxslər bələdiyyə torpaqlarından təyinatına zidd istifadə ediblər. “Report”un əldə etdiyi məlumata görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub. Bildirilib ki, yol verilən pozuntularla bağlı tədbirlər görülməsi üçün Ədliyyə Nazirliyinin müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları tərəfindən bələdiyyə torpaqlarından istifadə vəziyyətinə dair monitorinqlər keçirilərək aşkar edilmiş torpaq sahələrindən təyinatına …
Read More »Prezident İlham Əliyev hökumətin yeni tərkibini təsdiqləyib – SİYAHI
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər: – Baş nazirin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; – Baş nazirin müavini – Əli Cavad oğlu Əhmədov; – Baş nazirin müavini – Şahin Abdulla oğlu Mustafayev; – daxili işlər naziri – Vilayət Süleyman oğlu …
Read More »