Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Boyukmillet.com xəbər verir ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb. Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan …

Read More »

Prezident İlham Əliyev: “Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası var”

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu bəyan edib. Boyukmillet.com-un məlumatına görə, dövlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirib. Xatırladaq ki, fevralın …

Read More »

Yeni Zaman Partiyası İlham Əliyevə dəstək bəyanatı yayıb

Yeni Zaman Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, prezident seçkilərinə öz müşahidə missiyası ilə qatılan Yeni Zaman Partiyası seçki günü ölkənin bir sıra seçki məntəqələrində və seçki dairələrində müşahidələr aparıb. Qeyd edilib ki, seçki öncəsi prosesi də diqqətlə izləyən Yeni Zaman Partiyası seçki iştirakçıları – seçicilər, namizədlər, müşahidəçilər, …

Read More »

“Rəy” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini elan edib: İlham Əliyev 92,60 faiz səslə liderdir

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb. Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, digər namizədlər nisbi xəta faizindən də aşağı nəticə əldə ediblər: “Ona görə də onların faizlər üzrə yerləri nisbidir”. “Exit-poll”un nəticələrinə əsasən, Əliyev Fuad …

Read More »

Prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir. Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən …

Read More »

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Boyukmillet.com xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. MSK sədri Məzahir Pənahov bildirib ki, …

Read More »

Prezident seçkiləri: Naxçıvanda saat 17:00-dək seçici fəallığı 72.74 faiz olub

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, saat 17:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 72.74faiz olub. Naxçıvanda ümumillikdə 207711 nəfər səs verib. Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 17:00 – a olan seçici fəallığı barədə məlumatı təqdim edirik: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 35143 …

Read More »

İndiyədək seçicilərin 70,85 faizi səsvermə hüququndan istifadə edib

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. Hesabat vermiş …

Read More »

Ombudsman Səbinə Əliyeva səs verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib. Boyukmillet.com xəbər verir ki, səsvermədən sonra ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələr həyata keçirilir. Onun sözlərinə görə, azad olunan ərazilərdə təşkil edilən 26 yeni seçki məntəqəsində …

Read More »