Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. “Report”un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşının xəbərinə görə, səhər saat 8:00-da məntəqə açılıb. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün …

Read More »

Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq. 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər. Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub. Azərbaycanda 125 …

Read More »

Azərbaycanın Çindəki səfirliyində səsvermə başlanıb

Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkilərində səsvermə başlanıb. Bu barədə  Azərbaycanın Çindəki səfirliyindən bildirilib. Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb. “Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk …

Read More »

Azərbaycanın Koreyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsverməyə start verilib

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb. Boyukmillet.com xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun …

Read More »

Gürcüstan Azərbaycanlıları Bəyanat yaydı

Gürcüstan Azərbaycanlıları Milli Konqresi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı bəyanat yayıb. Boyukmillet.com bəyanatı olduğu kimi təqdim edir: 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar seçkilər təkcə Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün deyil, bütün Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının sabitliyi region ölkələri üçün məhək daşıdır. Azərbaycan bütün müstəqillik dövründə Gürcüstanın ən mühüm …

Read More »

AQC ARPA ilə əməkdaşlıq memorandumu imzalayacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüşüb. Görüşdə hər iki peşə birliyinin fəaliyyəti, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlıq memorandumu imzalamaq qərarına gəlib. Memorandumun hazırlanması üçün işçi qrup yaradılıb. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Azərbaycan Respublikası Auditorlar Palatası (ARAP) …

Read More »

Şəmkir Azərbaycanda ermənilərin ən çox yaşadığı rayondur – SİYAHI

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəmkir rayonunda əhalinin sayı 216184 nəfər olub.Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Şəmkir əhalisinin 109 242 nəfərini kişilər, 106 942 nəfərini qadınlar təşkil edib. Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəmkir şəhəri, Kür qəsəbəsi, Zəyəm qəsəbəsi, Çinarlı qəsəbəsi, Dəllər qəsəbəsi, Səməd Vurğun qəsəbəsi.Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 76 yaş olduğu …

Read More »

Məzahir Pənahov: “AŞPA-nın dəvət edilməməsinə MSK cavabdeh deyil”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə Mərkəzi Seçki Komissiyası cavabdeh deyil. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib. O xatırladıb ki, seçki qanunvericiliyinə əsasən, üç qurum beynəlxalq müşahidəçi dəvət edə bilər: “Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır: “Bu qurumların …

Read More »

MSK: “37 ölkədə 49 seçki məntəqəsi yaradılıb”

37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. “Həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermə günü öz məntəqəsində olmayan şəxs qeydiyyatdan çıxma sənədi ilə istədiyi yerdə səs verə biləcək. Bu, həm xaricdə, həm də ölkədə yaşayan seçicilərə aiddir”, – M.Pənahov vurğulayıb. Qeyd …

Read More »

Seçkilərin ilkin nəticələrinin elan olunacağı vaxt açıqlanıb

Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq. Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. “Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək”, – o qeyd edib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda …

Read More »