Bazar , 11 Yanvar 2026

Daxili siyasət

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “Ramazan bayramınız mübarək!” sözləri qeyd olunub.

Read More »

Prezident İlham Əliyev Hacıqabul rayonunda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub. Boyukmillet.com  xəbər verir ki, dövlət başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Read More »

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram. Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu …

Read More »

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev “Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla qərara alınır: apellyasiya instansiyası məhkəmələri üzrə: – Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin; – Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin …

Read More »

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib – SƏRƏNCAM

Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, R.Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları …

Read More »

Ağdaban qətliamından 32 il ötür

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür. 130 evdən ibarət Ağdaban kəndi həmin gün ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, …

Read More »

İlham Əliyevin 5 aprel açıqlamasının ŞOK DETALLARI – Dərhal hərbi əməliyyatlar…

“Müasir güc mərkəzlərinin dizaynı ölkələrin strateji müttəfiqləri ilə birgə olmasını zəruri edir. Azərbaycanın Türk dünyası konteksti üzərindən vurğu etməsi, bu xüsusda bir neçə müddət sonra türk ölkələri ilə birlikdə hərbi təlimlərin keçirilməsinə dair qərarların alınması və bu kontekstdə İŞİD-ə, PKK-ya, erməni terroruna qarşı Birgə Türk Antiterror Mərkəzinin yaradılması kimi ideyalar vahid siyasi Türk dünyası vizyonunun formalaşmasını zəruri edir”. Bu fikirləri Musavat.com-a …

Read More »

“Qaçqınkom”un iki departamenti ləğv olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib. “Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin …

Read More »

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək. Boyukmillet.com xəbər verir ki, soyqırımı qurbanlarının qalıqları Zabrat qəbiristanlığında torpağa tapşırılacaq. Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır. Qeyd olunan ərazidə həyata keçirilən …

Read More »

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək. Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı …

Read More »