Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb. Boyukmillet.com xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir. Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq. Məlumata görə, Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər …
Read More »Məhərrəm Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb
Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Boyukmillet.com-un xəbərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu gün mətbəədə yaradılan şərait və proseslə tanış olublar. MSK sədri seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib. Qeyd edək ki, …
Read More »Böyük Qayıdış: Füzuli şəhərinə daha 30 ailə yola salınıb
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 125 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin …
Read More »Prezident Rəqabət Məcəlləsini təsdiqləyib
Prezident İlham Əliyev “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı, həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb. …
Read More »Ötən il qanunsuz silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib
Ötən il qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan …
Read More »Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub
İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin yeri müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, …
Read More »Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək
“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. İl ərzində keçiriləcək tədbirlərin siyahısı aşağıdakı kimidir: – Şuşada İslam Dünyasının Mədəniyyət Forumu; – Şuşada İslam Əməkdaşlığı Təşkilatının …
Read More »MSK bu həftə “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə qərar qəbul edəcək
Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 28-dək “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, səsvermə gününə ən azı 10 gün qalanadək bu barədə qərar qəbul olunmalıdır. Xatırladaq ki, MSK növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yanvarın 18-dək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edib. Qeyd edək ki, növbədənkənar …
Read More »Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin MSK-ya təqdim edilməsi müddəti bitir
Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı prosedur yanvarın 28-dək yekunlaşmalıdır. Belə ki, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq …
Read More »