Cümə , 22 Noyabr 2024

Daxili siyasət

Azərbaycanda gələn il ehtiyac meyarının həddi 270 manat olacaq

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunu imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Read More »

MSK sədri: “Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımlar atılır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib. Boyukmillet.com-un xəbərinə görə, bu, MSK sədrinin Ekspert qrupu üzvlərinə müraciətində əksini tapıb. Onun sözlərinə görə, müstəqil Azərbaycan əlamətdar tarixi hadisə – 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ərəfəsindədir: “Seçkilər ilk dəfə ölkəmizin suverenliyi …

Read More »

Prezident İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 – Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: https://www.instagram.com/p/C1SGY5wNeX2/?utm_source=ig_embed&ig_rid=3151038d-994a-4638-ac2e-75fea2756363&ig_mid=AF30B819-64BA-4C25-91DC-731F6E228A88

Read More »

Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək

Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar …

Read More »

Ödəniş xidmətləri və sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri …

Read More »

Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib

Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək. Bununla yanaşı, …

Read More »

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır. Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə …

Read More »

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri Azərbaycanda saxlanılan erməni separatçıların rəhbərlərinə baş çəkib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan keçmiş Dağlıq Qarabağ separatçılarının rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib. Bu barədə  komitə sədrinin müavini Elçin Şirinov məlumat verib. Onun sözlərinə görə, başçəkmədə məqsəd saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma …

Read More »

MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirib

Mərkəzi Seçki Komissiyası (MSK) seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirib. Boyukmillet.com-un xəbərinə görə, toplantıda Hüquq və İnsan haqları İnstitutunun İdarə Heyətinin sədri, üzvləri, dairə seçki komissiyalarının ekspert qrupu üzvləri iştirak edib. Qeyd edilib ki, gələn ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu …

Read More »

Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Boyukmillet.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə – 95 nəfər köçürülüb. Prezident, Müzəffər Ali …

Read More »