Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. “Report”un yerli bürosu xəbər verir ki, xəbərdarlıqda deyilir: “Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 …
Read More »Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib. “Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, – o deyib. R.Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.
Read More »MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident sekçilərini izləyəcək beynəlxalq müşahidəçilərə yaxın günlərdə dəvət məktubu göndərəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, budəfəki seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyəcək: “Biz yaxın günlərdə dəvət məktublarımızı göndərəcəyik”.
Read More »Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb. O, bu barədə “Report”a açıqlamasında məlumat verib. Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib. Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı …
Read More »Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq
Gələn il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Boyukmillet.com xəbər verir ki, qeyri-iş günləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimində yer alıb. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri …
Read More »Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Read More »FHN-in əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib – SİYAHI
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Sərəncamla Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Etibar Rəsul oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi polkovnik Şahin Əyyub oğlu Mirzəyevə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi daxili xidmət polkovniki …
Read More »YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb
Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib. Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Read More »İlham Əliyev: “Azərbaycan müəllimlərinin XVI qurultayı “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi ilə əlamətdardır”
“Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb. “Ulu Öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşamışdır. Milli təhsildə …
Read More »YAP İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər. İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur: – Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi; – Seçkilərlə əlaqədar Qərargahın yaradılması; – Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi; – Təşkilati məsələlər.
Read More »