Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb. Boyukmillet.com xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər. Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), …
Read More »DSX-də xidməti-döyüş fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib, tapşırıqlar verilib
Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib. Bu barədə qurumdan məlumat verilib. Müşavirədə DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möhtəşəm tədbirlər nəticəsində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyət daşıması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə əlamətdar olması …
Read More »Azərbaycan və Ermənistan arasında komissiyaların iclaslarının təşkili və keçirilmə qaydası məlum olub
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub. Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin …
Read More »Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib
2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis …
Read More »Prezident və birinci xanım Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir ki, əklil sənətçinin məzarı üzərinə qoyulacaq. Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu …
Read More »Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiqlənib. Boyukmillet.com 1 xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan …
Read More »TƏBİB-də yeni kadr təyinatı olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub. Boyukmillet.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Elnur Hidayətoğlu gətirilib. Qeyd edək ki, o, bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri olub. Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovadır.
Read More »Əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundov ailələrinə qovuşublar
Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinə qovuşublar. Boyukmillet.com-un xəbərinə görə, H.Axundov və A.Bəbirov müvafiq tibbi müayinədən sonra artıq evlərindədir. Qeyd edək ki, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq …
Read More »Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib
2003-cü il dekabrın 12-də müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq dövlət başçısı İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli”ndə xalqımız dahi şəxsiyyətin misilsiz xidmətlərini minnətdarlıqla qeyd edir. Boyukmillet.com xəbər verir ki, Ümummilli Liderin əbədiyyətə qovuşmasının ildönümündə Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər …
Read More »Naxçıvanda Qazilər İctimai Birliyinin ofisi istifadəyə verilib
Naxçıvanda Qazilər İctimai Birliyinin ofisi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, açılış tədbirində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli əlamətdar tədbir münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, şəhid və qazi ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin tərkib hissəsidir. Naxçıvanda da şəhid …
Read More »